SOCAR Supsa limanından ixracı artırıb

SOCAR Supsa limanından ixracı artırıb
3 İyul 2017
Mətni dəyiş
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Supsa limanından (Qara dəniz, Gürcüstan)1 315 184 ton xam neft ixrac edib.
Şirkətdən verilən xəbərə görə, bu həcmin 176 139 tonu iyun ayında ixrac edilib.
Bu ilin I yarısında Supsa limanından SOCAR-ın ixrac etdiyi xam neftin həcmi ötən ilin analoji dövründən 8% çoxdur.
SOCAR tərəfindən ixrac olunmuş xam neft göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.
Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur. Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır. Kəmər 1999-cu il aprelin 17-də istifadəyə verilib, illik ötürücülük qabiliyyəti 7 mln. tondur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun