"SOCAR"-ın gəlirləri 40 milyard manat təşkil edib

"SOCAR"-ın gəlirləri 40 milyard manat təşkil edib
7 İyul 2017
Mətni dəyiş

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ildə İsveçrədəki aktivindən gəlirləri əvvəlki ilə nisbətən 70% artaraq 40,438 mlrd. manat təşkil edib.

Abzas.net xəbər verir ki, bu barədə şirkətin 2016-cı il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub. Hesabat “Ernst&Young”a (EY) şirkəti tərəfindən audit olunub.

Şirkətin ötən il İsveçrədən gəliri ümumi gəlirlərin 78%-ni təşkil edib.

SOCAR-ın Azərbaycandakı gəlirləri 12% artaraq 5,171 mlrd. manat, Türkiyədə - 35% artaraq 3,479 mlrd. manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) - 22% artaraq 1,156 mlrd. manat, Gürcüstanda - 40% artaraq 1,046 mlrd. manat, digər ölkələrdəki gəlirləri isə 71% artaraq 615 mln. manat təşkil edib.

2016-cı ildə SOCAR-ın məcmu gəlirləri 57% artaraq 51,905 mlrd. manat olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun