3 İyul 2017
Mətni dəyiş
“Təhsil Nazirliyində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi ilə bağlı ayrı-ayrı mütəxəssislərin iştirakı ilə müzakirələr aparılır”.
Bu barədə Report-a nazirlikdən açıqlamada deyilib. Bildirilib ki, müzakirələrin nəticəsi barədə geniş məlumat veriləcək.
Bir müddət əvvəl Təhsil İnstitutunun direktoru Emin Əmrullayev bu yay ərzində məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsinin nəzərdə tutulduğunu bildirib.
Direktor bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Formativ və Summativ Qiymətləndirmə” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
E.Əmrullayev yeniliklərin nədən ibarət olduğunu müəllimlərin təkliflərini dinlədikdən sonra məlum olacağını bildirib.