ABŞ-ın diplomatik nümayəndəliklərinin əməkdaşlarının sayını 455 nəfərə endiriləcəyi öncədən məlum olsa da, ABŞ-ın Rusiyadakı diplomatlarının ümumi sayı bilinmədiyi üçün, Rusiyanı dəqiq nə qədər diplomatın tərk edəcəyi sual altında idi.
Abzas.net xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin "Vesti" proqramına müsahibəsində bu məsələyə toxunub.
Putin bildirib ki, ABŞ diplomatik nümayəndəliklərinin 755 əməkdaşı Rusiyada olan fəaliyyətini dayandırmalı olacaq. Bundan əlavə anbarlar və bağ evlərinin ABŞ tərəfindən istifadəsinə son verilib.
Qeyd edilib ki, gələcəkdə Moskva ABŞ-ın yeni sanksiyalarına digər cavab tədbirlərini də nəzərdən keçirə bilər.