Rusiyada ölkə boyu Navalnının seçki qərargahlarında "qanunsuz təbliğat" adı altnda axtarış aparılır.
Abzas.net xəbər verir ki, Moskvada, Novosibirskdə və Rusiyanın digər şəhərlərində polis muxalifət lideri Aleksey Navalnının qərargahlarına gələrək müxtəlif bəhanələrlə axtarış aparır. Əsas səbəb kimi də "qanunsuz təbliğat" aparmaqlarını göstərirlər.
Qərargahlarda axtarış zamanı texniki avadanlıqlar və çap maşınları müsadirə olunur.
5 iyul, gündüz, polis Navalnının Novosibirskdəki seçki qərargahında bomba olduğunu bildirib, ofisin qapısını sındıraraq içəri daxil olub və ofisdə olan 3 nəfəri saxlayıb. Onlardan ikisi siyasətçinin yanında çalışan könüllülərdi.
Navalnının federal qərargahından bilidiriblər ki, müxtəlif şəhərlərdə olan ofislərə hücumlar artıq 3 həftədir ki davam edir.