Rusiya və Ermənistan birgə qoşunu ilə bağlı saziş qüvvəyə minir

Rusiya və Ermənistan birgə qoşunu ilə bağlı saziş qüvvəyə minir
27 İyul 2017
Mətni dəyiş

Rusiya prezidenti Vladimir Putin Ermənistanla qoşunların birləşmiş qruplaşması barədə sazişin ratifikasiyası haqqında qanunu imzalayıb. Bu barədə Rusiya rəsmi dövlət agentliyi məlumat yayıb. 

Abzas.net xəbər verir ki, 2016-ci ilin noyabrında Rusiya və Ermənistan müdafiə nazirləri Sergey Şoyqu və Vigen Sarkisyan iki ölkə arasında qoşunların birləşmiş qruplaşması ilə bağlı sazişi imzalanıb.

Bildirilir ki, sözügedən qruplaşmanı yaratmaqda məqsəd “Qafqazda hərbi təhlükəsizliyi təmin etməkdir”.

Hərbi qruplaşma Rusiya və Ermənistan quru və hava sərhədlərini qoruyacaq.

Saziş 5 illikdir, amma sazişin bitməsinə 6 ay qalanadək tərəflər arasında qarşı çıxan olmasa, razılaşma avtomatik olaraq növbəti 5 illik müddətə uzanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun