"Rusiya NATO üzvləri üçün təhlükədir" - ABŞ-ın vitse-prezidenti

"Rusiya NATO üzvləri üçün təhlükədir" - ABŞ-ın vitse-prezidenti
31 İyul 2017
Mətni dəyiş

ABŞ-ın vitse-prezidenti Mike Pence Rusiyanı NATO ölkələri üçün təhlükə adlandırıb.

“RİA Novosti”-nin məlumatına görə, M.Pence bunu Estoniyanın paytaxtı Tallində Baltik ölkələrinin rəhbərləri ilə görüşündən sonra bildirib.

“Rusiya NATO ölkələri üçün təhlükə törədir və ABŞ bu təhlükənin qarşısını almaq üçün hər şeyi edəcək. Biz NATO Nizamnaməsinin 5-ci maddəsinə qəti surətdə bağlıyıq və buna uyğun olaraq bir NATOüzvünə hücum bizim hamımıza hücumdur”, - deyə M.Pence Estoniya, Litva və Latviya rəhbərləri ilə birgə mətbuat konfransında söyləyib.

Vitse-prezident müdafiəyə ÜDM-in azı 2%-i həcmində vəsait ayrılması barədə NATO-nun tələbini yerinə yetirən Estoniyaya təşəkkür edib və gələn il Latviya ilə Litvanın da hərbi xərcləri bu səviyyəyə yüksəldəcəyinə inandığını deyib: “Biz bilirik ki, güclü və vahid NATO kommunist sisteminin çökməsindən bəri bu qədər vacib olmamışdı”.

M.Pence Estoniyadan Gürcüstana, oradan isə NATO-nun yeni üzvü Monteneqroya gedəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun