QREKO AŞPA-da korrupsiyaya qarşı mübarizə üzrə tövsiyələr hazırlayıb

QREKO AŞPA-da korrupsiyaya qarşı mübarizə üzrə tövsiyələr hazırlayıb
2 İyul 2017
Mətni dəyiş
Cümə günü Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlətlər Qrupu (QREKO) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlərinin Davranış Məcəlləsinin qiymətləndirilməsini dərc edib.
Sənəddə Məcəllədə böyük nöqsanlar olduğu qeyd edilir və bir sıra düzəlişlər edilməsi zərurəti göstərilir.
QREKO sədri Marin Mrçela Assambleyanın qarşılaşdığı korrupsiya haqqında bəyanatlara cavab olarq atdığı addımları alqışlayıb.
"Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə bizdən başlayır. Əminəm ki, Parlament Assambleyası düzgünlüyün təmin edilməsi üzrə tədbirlərə yenidən baxılması və onların möhkəmləndirilməsi zamanı QREKO-nun fikrini diqqətə alacaq", deyə o bildirib.
QREKO bu qiymətləndirməni AŞPA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər üzrə komitəsinin xahişi ilə hazırlayıb.
Bu tədbirlərə xüsusən Azərbayan hakimiyyətinin bir sıra AŞPA deputatlarını öz tərəfinə çəkməsi haqqında qalmaqallar və Avropa Şurasının fikrinə məhəl qoymadan, faktiki olaraq Bəşir Əsədin diktator rejimini dəstəkləyən AŞPA sədri Pedro Aqramuntun əməlləri səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun