İyulun 21 Soçidə Rusiya və Azərbaycan prezidentlərinin görüşü keçirilir. Bu barədə TASS agentliyi Rusiya prezidentinin sözçüsü Dmitry Peskov-a istinadən xəbər yayıb.
O bildirib ki, işgüzar görüş axşam saatlarında Soçidə baş tutacaq. Görüşdən əvvəl Vladimir Putinin məktəblilərlə görüşü keçirilib, onlar prezidentə müxtəlif mövzularda suallar veriblər.
Fərqli bir mövzuda problemdən söhbət düşəndə Putin deyib ki, onun heç bir problemi yoxdur, problemi 1 saatdan sonra olacaq. Bir saatdan sonra Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.