Rusiya prezidenti Vladimir Putin Almaniyanın kansleri Angela Merkel ilə görüşəcək.
“Ölkə.Az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, görüş barədə Putinlə Merkel bu gün telefonda danışan zaman dəqiqləşdiriblər.
“Bu gün Putinlə Merkel telefonla danışıblar. Danışıq Almaniya tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı iki ölkə rəhbəri “G -20” sammitində danışılacaq mövzuları müzakirə ediblər. Bundan başqa, Paris müqaviləsi, terrorla mübarizə və digər məsələlərə toxunulub. Putin və Merkel “G -20” sammitində təkbətək görüşmək üçün qərar veriblər”, - deyə məlumatda bildirilib.