Prokuror keçmiş deputata 14 il cəza istədi

Prokuror keçmiş deputata 14 il cəza istədi
11 İyul 2017
Mətni dəyiş

Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən keçmiş deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Abzas.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı Dünyamin Xəlilovun 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Dünyamin Xəlilov 2016-ci ilin fevralın 23-də həbs edilib. Sabiq deputat dələduzluqda təqsirli bilinir. D.Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Sabiq deputat Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb və Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

2016-cı ilin yayından başlayaraq Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. Onlardan biri də "Globus Plaza"nın sahibi olan Dünyamin Xəlilovdu.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərləri haqda həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə ittiham olunurlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun