İcra başçısının müavini: Poylu kəndinin 500 hektardan artıq örüş heç kimə icarəyə verilməyib və kənd sakinlərinin istifadəsindədir
Ağstafa rayonunun Poylu kənd sakinləri ümumi istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrinin bir neçə şəxs tərəfindən zəbt olunduğunu iddia edirlər. Onların sözlərinə görə, kənd sakinləri heyvandarlıqla məşğul olmalarına baxmayaraq, örüş torpaq sahələri əllərindən alınıb.
Poylu kənd sakini Elxan Qasımov: “Şikayətlərimizə baxan yoxdur”
Poylu kənd sakini Elxan Qasımov bildirib ki, heyvanlarının örüşə çıxış yolunu fermer Qurban Yusibov zəbt edib:
“O, hər tərəfi bağlayıb. Heyvanlarımızı örüşə çıxara bilmirik. Bir çox dövlət qurumlarına da yazmışıq. Onlardan cavab məktubları da almışıq. Lakin şikayətlərimizə baxan yoxdur. Görünür ki, bu adamın arxasında rayon icra hakimiyyətindən kimsə durur. Xahiş edirik ki, Bakıdan rayona nümayəndə gəlib, işi yerində araşdırsınlar”.
“Örüş sahəsində artezian quyusu nəyə lazımdır?”
E.Qasımov qeyd edib ki, Qurban Yusibov Ağstafa çayına gedən yolu da bağlayıb: “Biz Ağstafa çayının suyundan istifadə edə bilmirik. Çayın qırağında Qurban Yusifovun ferması var. O, çaya gedən yolu bağlayıb. Heyvanlar çayda su içirdi, özümüz də çimirdik. Lakin indi buna əngəllər qoyulub. Həmçinin onlar örüş sahəsində artezian quyusu vurmaq istəyirdilər. Örüş sahəsində artezian quyusu nəyə lazımdır?
Camaatın 90-100 hektar pay torpaqları olan yerdə artezian quyusunu vurmaq istəmirlər. Ağstafa rayonunda Azərbaycan Respublikasının qanunları işləmir. Burada ancaq pul işləyir. Pulun varsa, adamın varsa digərini ayaqla… Rayonda heç bələdiyyə sədrini də sayan yoxdur. Həmin torpaqlar qeyri-qanunla zəbt edilib. Söz də deyəndə bizə hədə-qorxu gəlirlər”.
Kənd sakini Elmar İsmayılov: “Bələdiyyə torpaqlarımız başqasına 15 illik icarəyə verib”
Kənd sakini Elmar İsmayılov iddia edir ki, həmin torpaqlar Qurban Yusibova icarə əsasında verilib:
“Bizə Şəmkir reginaldan sənəd göndəriblər ki, Poylu kənd sakinlərinə məxsus olan həmin torpaqlar kənd bələdiyyəsinin 2002-ci il qərarı ilə yem bitkilərinin əkilməsi məqsədi ilə Qurban Yusibova 15 il müddətinə icarəyə verilmişdi. Müqavilənin müddətinin isə 2017-ci ilin yanvar ayında başa çatacağı qeyd edilib. Qurban Yusibov yenidən kənd bələdiyyəsinə bununla bağlı ərizə ilə müraciət etsə də, onun müqaviləsinə xitam verilib. O, sözügedən torpaq sahəsinə taxıl səpdiyi üçün, taxıl biçininə qədər həmin torpaq sahəsinin onda müvəqqəti olaraq qalmnası barədə qərar çıxarılıb.
Hazırda taxıl da biçilib, amma buna baxmayaraq, kənd sakinlərinin örüş sahəsi isə sənədsiz olaraq zəbt edilib. Oranı indi də traktorla əkdirib, bir azdan da qarğıdalı səpdirəcək. Ağstafa çayına gedən yol da satılıb. Bizə Ağstafa Rayon İcra Hakimiyyətindən məktub göndəriblər ki, həmin ərazidə alternativ yol seçilib. Lakin həmin ərazidə heç bir alternativ yol yoxdur”.
“Rayona yoxlama göndərilsin”
Elmar İsmayılov vurğulayıb ki, Poylu kənd sakinləri hazırda çox acınacaqlı vəziyyətə düşüblər:
“Dövlət qurumlarına yazmadığımız yer qalmayıb. Cənab Prezident İlham Əliyeva və onun xanımı Mehriban Əliyeva da yazmışıq. Ola bilsin ki, həmin məktublara cavab gəlsin. Lakin rayon icra hakimiyyətindən buna baxan yoxdur. Biz bilmirik ki, dərdimizi kimə söyləyək. Bizim kənddə artezian quyusunun biri fermanın ərazisində, biri isə 87 hektar dövlətin fond torpağı olan ərazisində vurulub. Bəs camaatın qayğısına kim qalsın? Biz harda yaşayaq? Necə dolanaq? Bir adamdan ötrü kənd sakinləri pis vəziyyətdə qalıb. Kənd sakinləri Ağstafa Rayon İcra Hakimiyyıtinin başçısı Məhərrəm müəllimin qəbulunda oldu. Bizi çox yaxşı qəbul edib, dinlədi, tapşırıqlarını da verdi. Lakin verilən tapşırıqlar icra hakimiyyətinin otağında qaldı.
Mənim evim rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Tatarovdan gələn məktublarla dolub. Bu məktubları göndərməkdənsə, camaatın qayğısına qalsa yaxşıdır. Kənd bələdiyyəsi ümumiyyətlə yox vəziyyətindədir. Bələdiyyə sədrinə müraciət edirik, onu həmin əraziyə gətiririk və bizə deyir ki, “mənim gücüm çatmır”. O, öz verdiyi müqaviləyə xitam verə bilmir. Mən öz adımdan və Poylu kənd sakinləri adından cənab Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya müraciət edirəm ki, bizim bu vəziyyətimizi nəzərə alaraq, rayona yoxlama göndərilsin. Bakıdan nümayəndə də gəlsin bizim acınacaqlı vəziyyətimizi görsün”.
Kənd sakini İlqar Rəmov: “Biz Ağstafa çayına həsrətik”
Kənd sakini İlqar Rəmov söyləyib ki, fermer Qurban Yusibovun çayın kənarında “Heyvanlarımızı örüşə çıxara bilmirik”
Ağstafanın Poylu kəndinin sakinləri torpaqlarının zəbt edildiyini bildirirlər
İcra başçısının müavini: Poylu kənidinin 500 hektardan artıq örüş heç kimə icarəyə verilməyib və kənd sakinlərinin istifadəsindədir
Ağstafa rayonunun Poylu kənd sakinləri ümumi istifadəsi üçün nəzərdə tutulmuş torpaq sahələrinin bir neçə şəxs tərəfindən zəbt olunduğunu iddia edirlər. Onların sözlərinə görə, kənd sakinləri heyvandarlıqla məşğul olmalarına baxmayaraq, örüş torpaq sahələri əllərindən alınıb.
Poylu kənd sakini Elxan Qasımov: “Şikayətlərimizə baxan yoxdur”
Poylu kənd sakini Elxan Qasımov bildirib ki, heyvanlarının örüşə çıxış yolunu fermer Qurban Yusibov zəbt edib:
“O, hər tərəfi bağlayıb. Heyvanlarımızı örüşə çıxara bilmirik. Bir çox dövlət qurumlarına da yazmışıq. Onlardan cavab məktubları da almışıq. Lakin şikayətlərimizə baxan yoxdur. Görünür ki, bu adamın arxasında rayon icra hakimiyyətindən kimsə durur. Xahiş edirik ki, Bakıdan rayona nümayəndə gəlib, işi yerində araşdırsınlar”.
“Örüş sahəsində artezian quyusu nəyə lazımdır?”
E.Qasımov qeyd edib ki, Qurban Yusibov Ağstafa çayına gedən yolu da bağlayıb: “Biz Ağstafa çayının suyundan istifadə edə bilmirik. Çayın qırağında Qurban Yusifovun ferması var. O, çaya gedən yolu bağlayıb. Heyvanlar çayda su içirdi, özümüz də çimirdik. Lakin indi buna əngəllər qoyulub. Həmçinin onlar örüş sahəsində artezian quyusu vurmaq istəyirdilər. Örüş sahəsində artezian quyusu nəyə lazımdır?
Camaatın 90-100 hektar pay torpaqları olan yerdə artezian quyusunu vurmaq istəmirlər. Ağstafa rayonunda Azərbaycan Respublikasının qanunları işləmir. Burada ancaq pul işləyir. Pulun varsa, adamın varsa digərini ayaqla… Rayonda heç bələdiyyə sədrini də sayan yoxdur. Həmin torpaqlar qeyri-qanunla zəbt edilib. Söz də deyəndə bizə hədə-qorxu gəlirlər”.
Kənd sakini Elmar İsmayılov: “Bələdiyyə torpaqlarımız başqasına 15 illik icarəyə verib”
Kənd sakini Elmar İsmayılov iddia edir ki, həmin torpaqlar Qurban Yusibova icarə əsasında verilib:
“Bizə Şəmkir reginaldan sənəd göndəriblər ki, Poylu kənd sakinlərinə məxsus olan həmin torpaqlar kənd bələdiyyəsinin 2002-ci il qərarı ilə yem bitkilərinin əkilməsi məqsədi ilə Qurban Yusibova 15 il müddətinə icarəyə verilmişdi. Müqavilənin müddətinin isə 2017-ci ilin yanvar ayında başa çatacağı qeyd edilib. Qurban Yusibov yenidən kənd bələdiyyəsinə bununla bağlı ərizə ilə müraciət etsə də, onun müqaviləsinə xitam verilib.
O, sözügedən torpaq sahəsinə taxıl səpdiyi üçün, taxıl biçininə qədər həmin torpaq sahəsinin onda müvəqqəti olaraq qalmnası barədə qərar çıxarılıb. Hazırda taxıl da biçilib, amma buna baxmayaraq, kənd sakinlərinin örüş sahəsi isə sənədsiz olaraq zəbt edilib. Oranı indi də traktorla əkdirib, bir azdan da qarğıdalı səpdirəcək. Ağstafa çayına gedən yol da satılıb. Bizə Ağstafa Rayon İcra Hakimiyyətindən məktub göndəriblər ki, həmin ərazidə alternativ yol seçilib. Lakin həmin ərazidə heç bir alternativ yol yoxdur”.
“Rayona yoxlama göndərilsin”
Elmar İsmayılov vurğulayıb ki, Poylu kənd sakinləri hazırda çox acınacaqlı vəziyyətə düşüblər:
“Dövlət qurumlarına yazmadığımız yer qalmayıb. Cənab Prezident İlham Əliyeva və onun xanımı Mehriban Əliyeva da yazmışıq. Ola bilsin ki, həmin məktublara cavab gəlsin. Lakin rayon icra hakimiyyətindən buna baxan yoxdur. Biz bilmirik ki, dərdimizi kimə söyləyək. Bizim kənddə artezian quyusunun biri fermanın ərazisində, biri isə 87 hektar dövlətin fond torpağı olan ərazisində vurulub. Bəs camaatın qayğısına kim qalsın? Biz harda yaşayaq? Necə dolanaq? Bir adamdan ötrü kənd sakinləri pis vəziyyətdə qalıb. Kənd sakinləri Ağstafa Rayon İcra Hakimiyyıtinin başçısı Məhərrəm müəllimin qəbulunda oldu.
Bizi çox yaxşı qəbul edib, dinlədi, tapşırıqlarını da verdi. Lakin verilən tapşırıqlar icra hakimiyyətinin otağında qaldı. Mənim evim rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Tatarovdan gələn məktublarla dolub. Bu məktubları göndərməkdənsə, camaatın qayğısına qalsa yaxşıdır. Kənd bələdiyyəsi ümumiyyətlə yox vəziyyətindədir. Bələdiyyə sədrinə müraciət edirik, onu həmin əraziyə gətiririk və bizə deyir ki, “mənim gücüm çatmır”. O, öz verdiyi müqaviləyə xitam verə bilmir. Mən öz adımdan və Poylu kənd sakinləri adından cənab Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya müraciət edirəm ki, bizim bu vəziyyətimizi nəzərə alaraq, rayona yoxlama göndərilsin. Bakıdan nümayəndə də gəlsin bizim acınacaqlı vəziyyətimizi görsün”.
Kənd sakini İlqar Rəmov: “Biz Ağstafa çayına həsrətik”
Kənd sakini İlqar Rəmov söyləyib ki, fermer Qurban Yusibovun çayın kənarında 6 sot torpaq sahəsi var:
“Lakin buna baxmayaraq, camaatın örüş torpaqlarını ələ keçirib. Çaya gedən yolu bağlayıb, orada darvaza qoyub. Əraziyə də it buraxıb. Hətta özü üçün balıqgölü də yaradıb. Biz Ağstafa çayına həsrətik. Kəndə gələn su arxı da quruyub. Heyvanları 5 km ərazi qət edib sulayırıq. Heyvanları da aparıb-gətirəndə canavar yeyir. Bu da mümkün deyil”.
İcra başçısının müavini Aydın Hacıyev: “Əslində, o kənddə heç bir problem yoxdur”
Məsələ ilə bağlı Ağstafa rayon icra hakimiyyəti ilə əlasə saxladıq. İcra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Aydın Hacıyev bildirdi ki, Poylu sakinlərinin sözügedən narazılığından xəbərdardırlar:
“Onlar icra hakimiyyətinə dəfələrlə müraciət ediblər və biz də hər dəfə cavablandırımışıq. Əslində, o kənddə heç bir problem yoxdur. Poylu kənidinin 500 hektardan artıq örüş sahəsi var. Həmin sahələr də heç kimə icarəyə verilməyib və kənd sakinlərinin istifadəsindədir. Sadəcə olaraq, əvvəlki illərdə orada bir nəfər fermer təsərrüfatı yaradıb.
Onların narazılığı da bununla bağlıdır. Yəni sakinlərlə onun arasında münaqişə var, narazılıqları da onunla bağlıdır. Dəfələrlə mən özüm, digər müavinlər, şöbə müdirləri orda olaraq məsələni araşdırmışıq. Əslində orada heç bir problem yoxdur. Bu barədə çox yazsalar da, araşdırımışıq ki, yazılanlar yerində öz əksini tapmır”.
https://youtu.be/gH4XAUogNME