Ukraynanın Odessa regionunun 2015-2016-cı illərdə qubernatoru olan Mikheil Saakashvili Ukrayna vətəndaşlığından çıxarılıb.
Bu məlumatı iyulun 26-da Ukraynanın Dövlət Miqrasiya Xidməti öz rəsmi saytında yerləşdirib. Azadlıq Radiosunun məlumatına görə, Miqrasiya Xidməti Saakashvili məsələsi ilə bağlı prokurorluqdan materiallar alıb, bu materialları prezident Poroshenko nəzərdən keçirib. O da vurğulanır ki, vətəndaşlıqdan məhrum etmə yalnız ölkə prezidenti Petro Poroshenkonun sərəncamı ilə edilə bilər.
İyulun 26-da bu məlumatdan bir az əvvəl Ukraynanın TSN agentliyi Dövlət Miqrasiya xidmətindəki adı çəkilməyən mənbəyə istinadla xəbər verirdi ki, Saakashvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsinin səbəbi onun 2015-ci ildə vətəndaşlıq alarkən bilərəkdən yalan məlumat verməsidir. Saakashvili onun barəsində Gürcüstanda cinayət işi açılmasını gizlədib.
2004-2013-cü illərdə Gürcüstan prezidenti olan Saakashvili 2015-ci ildə Ukrayna vətəndaşlığı alandan sonra Gürcüstan vətəndaşlığından imtina etdi.
Saakashvilin prezidentliyi dövründə dövlət vəsaitini dağıtması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ittihamları ilə indi ona qarşı Gürcüsyanda cinayət işi açılıb. Saakashvili bu ittihamları siyasi motivli adlandırır.
Saakashvili 2016-cı ilin noyabrında Odessa qubernatorluğundan istefa verəndə prezident Poroshenkonu açıq ittiham etdi ki, Kiyevdəki mərkəzi hakimiyyət islahatları sabotaj edir.