Polşada kütləvi aksiyalar nəticəsini verdi: qanun layihəsinə veto qoyulacaq

Polşada kütləvi aksiyalar nəticəsini verdi: qanun layihəsinə veto qoyulacaq
24 İyul 2017
Mətni dəyiş

Polşa parlamentində qalmaqallı qanunun qəbulundan sonra başlanan kütləvi aksiyalar öz bəhrəsini verib.

Abzas.net xəbər verir ki, Polşa prezidenti Andjey Duda Avropa Komissiyası tərəfindən tənqid olunan və ölkədə kütləvi etirazlara səbəb olan qanun layihəsinə veto qoyacağını bəyan edib.

Duda, Ali Məhkəməni Ədliyyə Nazirliyinin tabeçiliyinə keçirən və baş prokurora hakimləri təyin etmək səlahiyyəti verən bu qanun layihələrini geri qaytaracağını bildirib.

Bu qanun layihəsi 15 iyulda Polşa Senatı tərəfindən qəbul edilib.

Avropa Komissiyası qanunun qəbul olunacağı təqdirdə məhkəmələrin müstəqilliyini itirəcəyini qeyd edərək, layihəni kəskin şəkildə tənqid etmişdi.

Sənədlərin hazırlanması ilə hakim "Haqq və Ədalət" partiyası məşğul idi.

Muxalifət layihənin qabuluna etiraz olaraq kütləvi aksiyalar təşkil etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun