Pakistanın baş naziri 'Panama sənədləri'nə görə vəzifəsindən qovulur

Pakistanın baş naziri 'Panama sənədləri'nə görə vəzifəsindən qovulur
28 İyul 2017
Mətni dəyiş

Bu barədə iyulun 28-də Pakistanın Ali Məhkəməsi qərar verib. Xeyli müddətdir «Panama Paper» qalmaqalını araşdıran məhkəmə bu gün həmin işlə bağlı baş nazir Nawaz Sharif-in vəzifəsindən kənarlaşdırılması barədə qərar çıxarıb və həmin qərar dövlət televiziyası ilə yayılıb.

Azadlıq Radiosunun məlumatına görə, beş nəfərdən ibarət, hakim Ijaz Afzal Khan-ın rəhbərlik etdiyi Ali Məhkəmənin qərarına bütün üzvlər səs veriblər.

Bu arada Pakistan paytaxtında yüksək təhlükəsizlik tədbirləri görülüb, 3 mindən çox əməkdaş təhlükəsizliyi qoruyur.

Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumunun ötən il aprelin 3-də açıqladığı sənədlərə görə, 200-dən çox Pakistan vətəndaşının ofşor şirkətləri olduğu bildirilir.

Baş nazir Nawaz Sharif-in iki oğlu (Hussain və Hassan), qızı Maryam, həmçinin Sharif-in qardaşı və Pəncab əyalətinin baş naziri Shahbaz Sharif-in iki arvadının qohumları da onların arasındadır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun