Nyu-York xəstəxanasında atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Nyu-York xəstəxanasında atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb
1 İyul 2017
Mətni dəyiş
Nyu-York xəstəxanasında atışma nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Abzas.net xəbər verir ki, Nyu-Yorkda Bronks-Lebanon klinikasının keçmiş həkimi xəstəxanaya gələrək atəş açmağa başlayıb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Ölən şəxs klinikada həkim işləyirdi. Yaralılar arasında da klinikanın əməkdaşları var. Yaralılardan 5-in vəziyyəti ağırdır.
Bildirilir ki, hücum edən şəxs tibbi xalatın altında klinikaya keçirdiyi AR-15 avtomatı ilə silahlanıb. O polis gələnə kimi özünü güllələyib. Bundan əvvəl isə özünü yandırmağa cəhd edib.
Məlumata görə, hücüm edən şəxs əvvələr elə bu klinikada ailə həkimi işləyən 45 yaşlı Henri Bello olub. "Associated Press"-in məlumatına görə o seksual təcavüzdə ittiham olunduğuna görə 2015-ci ildə işdən çıxmağa məcbur olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun