Moskva Bakıdan ermənilərə qarşı ayrı-seçkiliyi dayandırmağı tələb edir

Moskva Bakıdan ermənilərə qarşı ayrı-seçkiliyi dayandırmağı tələb edir
5 İyul 2017
Mətni dəyiş

Kreml Azərbaycana gəlmək istəyən erməni soyadlı Rusiya vətəndaşlarına qarşı diskriminasiyanı dayandırmağı tələb edib.

Abzas.net xəbər verir ki, Rusiya bir neçə dəfə bu tələblə Azərbaycana müraciət edib.

"Bildirmək məcburiyyətindəyik ki, Azərbaycana gedən Rusiya vətəndaşları həqiqətən etnik mənsubiyyətinə görə diskriminasiyaya məruz qalır", - Rusiya XİN-in oxşar hadisələrlə bağlı məlumatında qeyd olunub.

"İki ölkə arasındakı dostluq əlaqələri ilə bir yerə sığmayan bu xoşagəlməz diskriminasiya praktikasına son verməyi tələb etməkdə davam edirik. Təbii ki, biz yaranmış vəziyyətdən nəticələr çıxardacayıq" - Rusiya XİN-də bildirdilər.

Rusiya XİN-in məlumatına görə, bu ilin əvvəlindən 25 Rusiya vətəndaşını Azərbaycana buraxmaqdan imtina olunub. Bildirilir ki, onları bir neçə saatlıq, bəzən yeməksiz, susuz və tibbi yardımsız saxladıqdan sonra öz hesablarına geri qaytarırdılar.

Səbəb kimi isə onların erməni soyadları göstərilib. Lakin bəzi hallar da olub ki, rus ad, soyad və ata adı olan şəxsləri "erməni köklərinin" olub olmamağı ilə bağlı sorğu sual ediblər.

Rusiya XİN qeyd edib ki, bir neçə dəfə, həmçinin rəsmi mürəciətlərdə bu praktikaya son verilməsini tələb ediblər, lakin qənaətbəxş cavab almayıblar.

"Sonradan baş verə biləcək xoşagəlməz halların qarşısını almaq üçün Azərbaycan bir sıra şəxslərə qarşı müvafiq tədbirləri görmək məcburiyyətindədir", - deyə, Azərbaycanın cavab bəyanatında qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun