"Moody's" Qətərin kredit reytinqi üzrə proqnozunu azaldıb

"Moody's" Qətərin kredit reytinqi üzrə proqnozunu azaldıb
5 İyul 2017
Mətni dəyiş
"Moody's" beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqi üzrə proqnozu "stabil"dən "neqativ"ə endirib. "Moody's"-in məlumatına görə, buna səbəb kimi Qətərin Fars körfəzində yerləşən Ərəb ölkələri əməkdaşlıq Şurasına daxil olan müttəfiqləri ilə yaranan münaqişə nəticəsində iqtisadi və maliyyə risklərinin artması amili göstərilib. Bu ölkələr Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). Agentliyin məlumatında bildirilir ki, Qətərlə bağlı qeyri-müəyyənliyin 2018-ci ilə qədər uzanması ehtimalı xeyli yüksəlib. Yaxın aylarda bu münaqişənin həll olunması mümkün görünmür. Xatırladaq ki, bir qədər əvvəl "S&P" beynəlxalq reytinq agentliyi də Qətərin uzunmüddətli reytinqini "AA" səviyyəsindən "AA-" səviyyəsinə endirib. Qeyd edək ki, bu ilin iyunun 5-də S.Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir, Liviya və Yəmən Qətərlə diplomatik, ticarət və nəqliyyat əlaqələrini kəsib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun