Minskdə ATƏT PA-nın yay sessiyası işinə başlayır

Minskdə ATƏT PA-nın yay sessiyası işinə başlayır
5 İyul 2017
Mətni dəyiş

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) yay sessiyası bu gün Miskdə "ATƏT regionunda sülh və rifah üçün qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsi" şüarı altında öz işinə başlayır.

Abzas.net xəbər verir ki, sessiyada təxminən 60 ölkədən 700-ə yaxın nümayəndə iştirak edəcək.

Minskdə forumun keçirilməsi barədə qərar ötən il ATƏT PA-nın Tbilisidə keçirilən 25-ci yay sessiyasında qəbul edilib.

İyulun 9-dək davam edəcək sessiyanı Belarus prezidenti Aleksandr Lukaşenko açacaq. Forum üçün iki böyük platforma ayrılıb. Əsas müzakirələr "Prezident Hotel"də olacaq, açılış mərasimi isə Qaliblər prospektindəki sərgi mərkəzində keçiriləcək.

Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun