MDB ölkələri XİN-lərinin Moskvada məsləhətləşmələri keçirilib.

MDB ölkələri XİN-lərinin Moskvada məsləhətləşmələri keçirilib.
5 İyul 2017
Mətni dəyiş
Moskvada Xarici İşlər nazirlikləri arasında "MDB-yə üzv dövlətlərin yeni çağırışlar və təhdidlərə qarşı mübarizədə əməkdaşlığı. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində yanaşmaların koordinasiyası imkanları" mövzusunda məsləhətləşmələr keçirilib. "Report" MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, məsləhətləşmələrdə Azərbaycan (müşahidəçi qismində), Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın, eləcə də MDB-yə üzv dövlətlərin Antiterror Mərkəzinin, MDB ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizə üzrə koordinasiya Bürosunun, Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak edib. Məsləhətləşmələri MDB İcraiyyə Komitəsinin Humanitar Əməkdaşlıq, Ümumsiyasi və Sosial Problemlər Departamentinin direktoru Vladimir Kiku açıb. Məsləhətləşmələrə Rusiya Xarici İşlər Nazirliyinin Yeni Çağırışlar və Təhdidlər Departamentinin direktor müavini Dmitri Feoktistov sədrlik edib. Məsləhətləşmələr zamanı MDB ölkələri arasında antiterror əməkdaşlığı ilə bağlı çoxtərəfli məsələlər, İŞİD-in fəaliyyəti, xarici terrorçu-yaraqlıların yaratdığı problemlər, radikallaşmaya qarşı mübarizə kimi məsələlər nəzərdən keçirilib. Bundan əlavə, XİN nümayəndələri çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə, antinarkotik əməkdaşlıq, beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun