1 İyul 2017
Mətni dəyiş
Fransa prokurorluğu "Nasional Front" partiyasının lideri Marin Le Pen-in maliyyə maxinasiyaları etdiyini bildirib və rəsmi şəkildə ittiham irəli sürüb.
Abzas.net xəbər verir ki, bu barədə siyasətçinin vəkili Rodol Bosselut məlumat verib. Le Pen-ə qarşı olan işin araşdırması artıq 2 ilə yaxındır ki davam edir. O Avroparlamentin pulundan öz partiyasının üzvlərinə maaş verməkdə ittiham olunur.
Araşdırmanın nəticəsi olaraq ehtimal olunur ki, Le Pen Avroparlamentin deputatı olaraq öz mühafizəçisi Terri Leje-ni və Katrin Qrize-ni özünə köməkçi olaraq işə götürüb və onlara maaş verib.
Halbuki hər iki şəxs həmin zaman aralığını yalnız onun rəhbəri olduğu "Nasional Front" partiyasında işləyiblər. Avroparlamentin hesablamalarına görə, Le Pen öz hərkətləri ilə 5 milyon avro ziyan vurub.
Marin Le Pen-dən əlavə bu metoddan Avroparlamentin daha 16 üzvünün istifadə etdiyi bildirilir. Onlardan biri də siyasətçinin atası Jan-Mari Le Pen-dir. Avroparlement hesablayıb ki, ümumilikdə 40 saxta "deputat köməkçisi" iş yeri yaradılıb.