Macron Fransa parlamentinin üzvlərinin sayını azaltmağı təklif edir

Macron Fransa parlamentinin üzvlərinin sayını azaltmağı təklif edir
4 İyul 2017
Mətni dəyiş

Fransanın gənc prezidenti Emmanuel Macron Versal Sarayında parlamentin hər iki palatasına müraciət edib. 

Abzas.net xəbər verir ki, Macron parlament üzvlərinin sayını üçdə biri qədər azaltmağı təklif edib.

Fransa prezidentinin fikrincə, bu addım daha tez qərar verməyə və vacib islahatalar həyata keçirməyə imkan verəcək. O, həmçinin orduda yenilənmələr olacağına ümid etdiyini bildirib.

Macron-un sözlərinə görə, bu addım Fransanın maraqlarının müdafiəsi və beynəlxalq məsələlərdə digər ölkələrlə aparılan müzakirələrdə vacib rol oynayacaq.

Macron qeyd edib ki, əgər parlament bir il ərzində lazım olan islahatların lehinə səs verməsə o ümumilli referendum keçirməyə hazırlaşacaq.

Versal Sarayındakı yığıncağa Milli Məclisin 577 deputatı və 348 Senat üzvü iştirak edib. Prezidentin bəyanatına qulaq asmaq məqsədilə Fransa parlamentinin çağırılması Fransa üçün yeni siyasi praktikadı. Macron bu çağırışı hər il edəcəyinə söz verib.

4 iyulda Milli Məclisdə Fransanın baş naziri Eduar Filip çıxış edəcək. O, nazirlər kabinetinin iş proqramını təqdim etməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun