“Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəklər” - Saakashvili

“Məni vətəndaşlıqdan məhrum edə bilməyəcəklər” - Saakashvili
27 İyul 2017
Mətni dəyiş

Oddessanın eks qubernatoru Mixail Saakaşvili Ukrayna hakimiyyətinin onu vətəndaşlıqdan məhrum edə bilməyəcəyini bildirib.

"Mən 13 ildir Ukraynada yaşayıram, 3 inqilabda iştirak etmişəm: məxməri inqilab və 2 Maydan! Mənim cəmi bir vətəndaşlığım var, o da Ukrayna vətəndaşlığıdır. İndi məni qaçqın statusu almağa məcbur etmək istəyirlər. Lakin bu baş verməyəcək! Mən qalıb statusumu dəyişməyəcəm, Ukraynaya qayıtmaq mənim haqqımdı və mən mübarizəmi davam etdirəcəm", - deyə Saakaşvili sosial şəbəkədə məlumat yayıb.

Saakaşvili bildirib ki, prezident Poroşenko onun vətəndaşlıqdan məhrum edilməsi haqda qərarı gizlincə, o ölkədə olmayanda verib.

"Mən, Radada oturan deputatlardan daha çox ukraynalıyam. Mən Ukraynanı səmimi qəlbdən sevirəm və qalıb mübarizəmi məhz burada, Ukraynada davam etdirəcəm" - siyasətçi qeyd edib.

Xatırlatma

2004-2013-cü illərdə Gürcüstan prezidenti olan Saakashvili 2015-ci ildə Ukrayna vətəndaşlığı alandan sonra Gürcüstan vətəndaşlığından imtina edib.

Poroshenko 2015-ci ildə Saakashvili-ni Odessanın qubernatoru təyin edib. Ancaq o, ötən il istefa verərək deyib ki, antikorrupsiya fəaliyyəti rəsmi səviyyədə əngəllənir.

Bu ilin 27 iyulunda prezident Poroshenko Saakashvili-nin vətəndaşlıqdan çıxarılması ilə bağlı sərəncam imzalayıb.

Saakashvili-nin prezidentliyi dövründə dövlət vəsaitini dağıtması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ittihamları ilə ona Gürcüstanda cinayət işi açılıb. Saakashvili bu ittihamları siyasi motivli adlandırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun