Bu gün səhər saatlarında Göyçay rayon Məhkəməsinin sədri Fərhad Əfəndiyev qəfil vəfat edib.
Məlumata görə, məhkəmə sədri səhər işə getmək üçün evdən çıxarkən halı pisləşib. Təcili tibbi yardım briqadası gəlsə də, gec olub və məhkəmə sədri vəfat edib.
İlkin məlumata görə, 59 yaşlı Fərhad Əfəndiyev ürək tutmasından vəfat edib.
F.Əfəndiyev daha əvvəl Bakı Şəhər Prokurorluğunda mətbuat xidməti üzrə aparıcı mütəxəssis, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin hakimi, Mingəçevir şəhər Məhkəməsinin sədri vəzifələrini tutub.
O, 2012-ci ildən Göyçay rayon Məhkəməsinin sədri idi.