Litvanın sabiq deputatı, Avropa Parlamentinin deputatı Pyatras Aushtryavichus Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakashviliyə Litva vətəndaşlığının verilməsi imkanlarını nəzərdən keçirməyi təklif edib.
Bu barədə RİA "Novosti" xəbər yayıb. Məlumata görə, çərşənbə günü Ukraynanın miqrasiya xidməti bildirib ki, prezident Petro Poroshenko Mixail Saakashvilini Ukrayna vətəndaşlığından məhrum edib.
Həmçinin, P.Aushtryavichus P.Poroşenkonu bu qərara yenidən baxmağı təklif edib. Litvalı siyasətçinin fikrincə, ilk növbədə, M.Saakashviliyə Litvada yaşamaq icazəsini vermək olar. O bildirib ki, Gürcüstanın sabiq lideri burada siyasi analiz, məsləhətləşmələr üzrə təşkilat yarada bilər, Litva vətəndaşlığı isə ona Avropada işləməyə imkan verəcək.
"Litva vətəndaşlığının verilməsi kompleks məsələdir, bu məsələnin hüquqi tənzimlənməsi ciddidir, lakin mən belə imkanın olduğunu düşünürəm", - Avropa Parlamentinin deputatı bildirib.