Lapshin istəsə, Rusiya onun ekstradisiyası ilə bağlı işə başlayacaq

Lapshin istəsə, Rusiya onun ekstradisiyası ilə bağlı işə başlayacaq
23 İyul 2017
Mətni dəyiş

Azərbaycanda həbsdə olan Rusiya, Ukrayna və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapshin Rusiyaya verilməsi ilə bağlı həmin ölkədən növbəti açıqlama gəlib.

Abzas.net xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, əgər Aleksandr Lapshin  ekstradisiyası ilə bağlı Rusiyaya müraciət edərsə, Ədliyyə Nazirliyi buna təşəbbüs göstərəcək.

Məlumata görə, Lapshin ərizə ilə müraciət etsə, RF Ədliyyə Nazirliyi Azərbaycan Ədliyyə Nazirliyi qarşısında məhkumun 1998-ci il konvensiyasının müddəalarına uyğun olaraq ekstradisiyası ilə bağlı işə başlayacaq.

Xatırlatma

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aleksandr Lapshin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bloqqer məhkəmədəki son sözundə bildirib ki, ona qarşı irəli sürülən ittihamlarla özünü suçlu saymır, amma qəbul edir ki, Qarabağa səfər etməklə Azərbaycan xalqına mənəvi ziyan vurulmasına səbəb olub. Lapshin Qarabağ məsələsinin tezliklə Azərbaycanın xeyrinə həll olunmasını istədiyini də əlavə etmişdi.

Qarabağa səfərləri ilə məşhurlaşan bloqqer Aleksandr Lapshin bu ilin yanvarında Belarusda saxlanaraq Azərbaycana verilib. Bakıda dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz keçmədə ittiham edirdilər. Amma hakim sonra ona qarşı dövlət əleyhinə çağırışlar ittihamını götürüb. Lapshin dövlət sərhədini qanunsuz keçmə ittihamı ilə 3 il azadlıqdan məhrum edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun