"Kürdəxanıda ev verilən Əfqan Muxtarlı ilə görüşə getdik, yenə imkan vermədilər"

"Kürdəxanıda ev verilən Əfqan Muxtarlı ilə görüşə getdik, yenə imkan vermədilər"
20 İyul 2017
Mətni dəyiş

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlının yaxınları ilə görüşməsinə icazə verilmir.

Abzas.net xəbər verir ki, bu barədə Nida Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Məsud Əsgər saytımıza məlumat verib.

Hərəkat nümayəndəsi bildirib ki, Əfqan Muxtarlı təcridxananın rəisi Rəşid Səfərovla görüşüb və yanına gələcək adamların siyahısını təqdim edib:

"Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarli və vəkilləri Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovla görüşüblər. Muxtarlı ərizə yazıb ki, Məsud Əsgər, Samir Əsədli və Mustafa Hacıbəyli ilə görüşmək istəyir".

M.Əsgərin sözlərinə görə rəis görüşə şərait yaradacağını söz versə də, vədinə əməl etməyib:

"Rəşad Səfərov də "gəlsinlər, görüş verəcəm" deyib. Dünən getdik, dedilər sabah gəlin. Bu gün də görüşə icazə vermədilər. Bu qanusuzluqdur. Məqsədli şəkildə edirlər".

Hərəkat nümayəndəsi bildirib ki, Əfqan Muxtarlının ailəsi və yaxınları Bakıda yaşamadığından bir neçə fəala etibarnamə veriblər.

"Əfqan Muxtarlı 50 gündür həbsdədir və bu müddət ərzində onunla görüşə icazə verilməyib. Bu qanunsuzluqla bağlı Penitensiar xidməti və 1 saylı Bakı İstintaq Təcridxanasını məhkəməyə vermişik".

Xatırlatma

Əfqan Muxtarlı mayın 29-u oturum izini olduğu Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Jurnalist bildirir ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmək və ya zor tətbiq etməkdə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Hökumət rəsmiləri deyir ki, o, sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.

SƏbail rayon məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı haqqında 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Ə.Muxtarlı iki ildən çox idi Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Jurnalist hakim ailə, ordudakı korrupsiya kimi bir sıra araşdırma yazılarının müəllifidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun