Korrupsiyada ittiham olunan UEFA-nın vitse-prezidenti istefa verib.
Abzas.net xəbər verir ki, İspaniyalı Angel Maria Villar, korrupsiya ittihamlarından və həbsdən sonra UEFA-nın vitse-prezidenti postundan istefa verdiyini bəyan edib.
UEFA prezidenti Aleksandr Ceferin onun istefa ərizəsini qəbul edib və uzun illər ərzində Avropa futboluna göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Villar həmiçinin İspaniya Krallığının Futbol Federasiyasının (RFEF) prezidenti idi.
18 iyulda polis RFEF-in ofisində axtarış aparıb. Axtarışın məqsədi, quruma onun rəhbərliyi tərəfindən maliyyə ziyanı vurulduğunu yoxlamaq və Villar-ın növbəti müddətə prezident seçilməyində korrupsiya faktlarının olub olmadığını araşdırmaq idi. Axtarış çərçivəsində Villar, oğlu Qorka və RFEF-in iqtisadi məsələlər üzrə vitse-prezidenti Juan Pardon da daxil olmaqla ən azı 10 nəfər polis tərəfindən saxlanıldı. Saxlanılanlar 45 milyon euro oğurlamaqda ittiham olunurlar.
Madrid məhkəməsi, zamin qarşılığında buraxılmamaq şərtilə istintaq müddətində Villar-ın nəzarət altında saxlanılması qərarını verdi.
25 iyulda Villar RFEF-dəki prezident postundan uzaqlaşdırılıb.