Kılıçdaroğlu Türkiyəni Avropa Məhkəməsinə verdi [foto]

Kılıçdaroğlu Türkiyəni Avropa Məhkəməsinə verdi [foto]
4 İyul 2017
Mətni dəyiş

Türkiyədə ana müxalifət partiyasının başladığı “Ədalət Yürüşü" 20-ci günə keçib. Kortej İstanbula tərəf yürüşünü davam etdirir.

Yürüşdən əvvəl CHP lideri Kamal Kılıçdaroğlu YSK-nin 16 aprel referendumunda verdiyi “möhürsüz bülleten və zərf” qərarını AİHM-ə göndərmək üçün müraciət ərizəsini imzalayıb.

Abzas.net xəbər verir ki, 15 iyunda “Ankara Güvənpark”dan yürüşə başlayan CHP lideri Kamal Kılıçdaroğlunun öncüllüyü ilə “Ədalət Yürüşü” 20-ci günündə davam edir. Kortej İstanbula tərəf hərəkət edir.

Yürüşçülər axşam gecəni İzmitdə, Yahyakapan məhəlləsində bir AVM-nin yanında qurulan düşərgədə keçiriblər. Kortej Kılıçdaroğlunun qısa açıqlamasından sonra yürüşü davam etdirib. Bu gün 19 km məsafə qət edəcəkləri gözlənilir.

Yürüşdən öncə qısa bir açıqlama verən CHP lideri YSK-nin (Yüksek Seçim Kurulu) 16 aprel Referendumu ilə bağlı verdiyi mübahisəli “möhürsüz bülleten və zərf” qərarını Avropa İnsan Haqqları Məhkəməsinə göndərəcəklərini açıqlayıb. Kılıçlaroğlu lazımı sənədləri imzalayıb vəkillərinə təqdim edib.

Kılıçdaroğlu bildirib ki, möhürsüz seçki ilə referendum edildi və təəssüf ki, Yüksək Seçim Kurulununda qərarı ilə referendum mübahisəli hala gəlib.

"Sənədlərimizi hazırladıq. Avropa İnsan Haqqları Məhkəməsinə müraciət edəcəyik və ilk imzanı da sənədə mən atıram. Xeyirli, uğurlu olsun. Bu gün sənədlər göndəriləcək” – deyə müxalifət lideri bildiririb.

Kılıçdaroğlu “Ədalət Yürüşü” 20-ci günündə Kocelinin İzmit rayonunda yerləşən və avtomobil qəzasında həyatını itirən Türkiyənin ilk qadın Bələdiyyə Başqanı Leyla Atakan və İzmit uğrunda döyüşlərdə iştirak edib həyatını itirmiş şəxslərin də məzarını ziyarət edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun