Kılıçdaroğlu milyonluq yürüşün səbəbkarı olan deputatı həbsxanada ziyarət edib

Kılıçdaroğlu milyonluq yürüşün səbəbkarı olan deputatı həbsxanada ziyarət edib
10 İyul 2017
Mətni dəyiş

CHP lideri Kemal Kılıçdaroğlu Maltəpə həbsxanasında olan CHP-li millət vəkili Enis Berberoğlunu ziyarət edib.

Abzas.net xəbər verir ki 25 günlük "Ədalət Yürüşü"nü böyük mitinqlə bitirən Kemal Kılıçdaroğlu və partiya rəhbərliyinin digər nnümayəndələri həbsdə ola CHP-li millət vəkili Enes Berberoğlunu ziyarət ediblər.

"Millət vəkilimizi Enis bəyi ziyarət etdim. Kefi yerindədi. Xatirələrini qeydə alır. Verilən qərar çox ağırdır, hüquq və ədalətə zidd olan bir qərardı. Ədalət yavaş yeriyir, amma mütləq hədəfinə çatır deyə bir deyim var. Biz də ədalətin zəfər çalacağına inanırıq", - deyə, Kılıçdaroğlu ziyarətdən sonra açıqlamasında bildirib.

Xatırlatma

İyunun 14-də Türkiyə məhkəməsi "MİT Tırları" işinə görə CHP-nin millət vəkili Enis Berberoğlu haqqında 25 il  azadlıqdan məhrumetmə qərarı çıxarıb.

Qərara etiraz olaraq partiya lideri Kemal Kılıçdaroğlu ölkədəki haqsızlıqlara, ədalətsizlikərə etiraz olaraq Ankaradan İstanbula yürüş edəcəyini açıqlayıb.

İyunun 15-də Ankaradan başlayan yürüş 9 iyulda İstanbulda yüz minlərlə insanın iştirakı ilıə baş tutan mitinqlə yekunlaşdı. Kampaniyanın tələbi ölkədə ədalıətin, haqqın, hüququn bərpa edilməsi idi

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun