2 İyul 2017
Mətni dəyiş
2015-ci ilin iyununda Arif Məmmədov Bakıda çoxmərtəbəli evin sakinlərlə birlikdə yandığı haqqında videogörüntüləri gördükdə facebook-da qəlbinin səsini paylaşdıqdan sonra Azərbaycan XİN onu İslam Konfransı Təşkilatında ölkənin nümayəndəsi vəzifəsindən istefa verməyə məcbur etdi.
"Bu faciə hər bir azərbaycanlının acısı və faciəsidir. Heç bir xalq belə biabırçılığa və ədalətsizliyə dözməz. Məmurlar xalqımızın iztirabından milyonlar qazanırlar, onlar xalqın qəzəbindən qorxmurlarsa, Allahın qəzəbindən qorxsunlar!", deyə Məmmədov yazırdı.
2015-ci il mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş verən yanğında 15 nəfər dünyasını dəyişib.
Məmmədovun facebook-dakı yazısını bəyənən beş diplomat DİN-dən qovulub. Bu hadisə Azərbaycanı bir daha biabır edib, onun təşəbbüskarları və təşkilatçıları isə az tanınan diplomatı məşhur mühacirə, Azərbaycanda demokratiya uğrunda mübarizə çevirməklə bu biabırçılığı bütün dünyaya yayıb.
Arif Məmmədov ailəsi ilə birlikdə Brüsseldə Belçika hökumətinin müdafiəsi altında yaşayır, jurnalist Əfqan Muxtarlının Tbilisidə Gürcüstan-Azərbaycan tərəfindən birgə oğurlanmasından sonra isə A.Məmmədovun Şengen zonasından kənara çıxması tövsiyə olunmur. Belçika hakimiyyəti Məmmədova mühafizə təklif edib, amma o, imtina edib.
A.Məmmədov İKT-də nümayəndə vəzifəsinə 2013-cü ildə təyin edilib. Ondan əvvəl Brüsseldə Azərbaycan səfiri və Azərbaycanın Aİ nəzdində daimi nümayəndəliyinin rəhbəri vəzifəsində işləyib. Keçmiş diplomat və hazırki siyasi mühacir Turan-ın suallarını cavablandırıb.
-Yəni, facebook-da, sizin dediyiniz kimi, 20 nəfərin oxuya biləcəyi adi qeyd sizin vəzifədən geri çağrılmanız və digər diplomatların işdən çıxarılması kimi qalmaqallı hadisəyə səbəb ola bilərdi?
- FB-dəki qeydim qəlbimin səsi idi, mən yanan evdə uşaqlarını xilas edə bilmədən qışqıran anaları gördükdə fikir bildirməyə bilməzdim. O yazı bizə qarşı hesablaşma üçün səbəb deyil, bəhanə oldu. Administrasiyada mənim "ovum" çoxdan gedirdi. Onlar mənim gizlincə onlara qarşı iş apardığımı düşünürdülər. Əslində isə mən AŞ və Aİ ilə münasibətlərin səviyyəsini əlimdən gəldiyi qədər yüksək saxlamağa çalışırdım. Turan-ın məlumatında yazılıb: "Xarici diplomatik mənbələrin məlumatına görə, Məmmədov Aİ və AŞ-da Azərbaycanın nümayəndəsi olarkən insan hüquqları ilə bağlı problemlərin həllinin və libera siyasi kurs yürüdülməsinin tərəfdarı olub".
Başqa versiyalar da var. AR Prezident Administrasiyasında XİN-dən və şəxsən mənim ölkə üçün bir çox faydalı şeylər etmiş yüksək peşəkarlıq dərəcəsinə malik diplomat hesab etdiyim Elmar Məmmədyarovdan narazı olan qüvvələr var. XİN-ə qarşı kütləvi hücum üçün bəhanə lazım idi və onu tapdılar. Bİr neçə diplomatın taleyi isə onları maraqlandırmır.
Mənim üçün xalqın fikri daha vacibdir. Azərbaycan cəmiyyətində məni dövlət sistemi qaydalarından kənara çıxmaq və sadə insanları qorumaq cəhdinə görə cəzalandırılmış yüksək vəzifəli məmur kimi qəbul ediblər.
- Amma İKT missiyasında maliyyə yoxlaması aparılıb, vəsaitlərin mənimsənilməsi faktları aşkar edilib?
- Bu, hakimiyyətin növbəti axmaqlığıdır. Görünür, onlar həqiqətən nədənsə çəkinirlər. Xoruzun quyruğu görünür. Mənim işim başa çatdıqdan sonra Missiyada artıq yoxlama olub və hər şey təmiz idi. Sonra başqa yoxlama komissiyası gəldi və gülməli şeylər yazdı, guya mən elektrik enerjisinə görə ödəniş etməmişəm. Mən Missiyanın binasında yaşayırdım və əlbəttə ki, işıqpulu ödəyə bilməzdim. Diplomatik missiyanın kommunal xərclərini dövlət ödəyir. Bu, insanın işdə işıqpulu ödəməsini tələb etmək kimi bir şeydir. Bundan başqa, villalarda yaşayan səfirlər belə kommunal xidmətlərə görə ödəniş etmir, belə ki, onun mənzili rəsmi səfir iqamətgahı hesab olunur. Sonra maliyyə yoxlaması mənim dövlət sirrini yaydığımı aşkar etdiyini və başqa cəfəngiyyat yazıblar. Harda görülüb ki, mühasibatçılar dövlət sirlərinin yayılması faktlarının aşkar edilməsi ilə məşğul olsunlar? Bir sözlə - tamamilə cəfəngiyyat.
- Beş diplomat sizin yazınızı bəyənib, sonra onları özləri üçün alçaldıcı bəyanatlarla üzrxahlıq imzalamağa məcbur ediblər. Sizin siyasi mövqeyiniz Azərbaycanın dövlət qurumlarında, məmurlar tərəfindən nə dərəcədə dəstəklənir?
- Əminəm ki, Azərbaycan XİN-də əməkdaşların 99 faizi yaxşı gələcəyi olmayan hakim rejimin siyasi kursunun ziyanlı olduğunu başa düşürlər. Digər qurumlarda əhval-ruhiyyə heyətin intellektual səviyyəsindən asılıdır. Amma onlarda işləyən diplomatların 70-99 faizi rejimin və onun iqtisadiyyatının uğursuzluğunun qaçılmaz olduğunu yaxşı başa düşür və proqnozlaşdırır. Belə olmasaydı, onlar əmlaklarını, mağazalarını və otellərini həyat yoldaşlarının və övladlarının adına yazmazdılar, başqa ölkələrdə biznes yaratmazdılar.
"Exo Kavkaza" ("Qafqazın Səsi") müxbirinin götürdüyü "Sistemin hədəfi" sərlövhəli müsahibədə Arif Məmmədov Vision-2025 Azərbaycanın inkişafı proqramı haqqında danışıb:
- Belçikada olarkən bu proqram üzərində işləyəcəyəm, çünki yazdıqlarıma bir çox hay verənlər var. Hələlik bir siyasətçi kimi nə edəcəyimi bilmirəm, amma bu proqram hazırda məşğul olmaq istədiyim şeydir. 3-4 nəfər mənə kömək etsəydi, daha asan olardı, çünki bir çox insanlar bu mövzuda yazır, çoxları öz təkliflərini yazır, proqramlarından istifadə edə biləcəyim siyasi partiyaların sənədləi var. Yəqin ki, Avropada yaşayan azərbaycanlıların yaratdığığ QHT olacaq. Biz bu məsələ ilə - Azərbaycanda demokratiya problemləri ilə məşğul olacağıq.