7 İyul 2017
Mətni dəyiş
Jurnalist İslam Şıxəli Baş Prokirorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində dindirilib.
"Əsasən Əfqan Muxtarlı və "Meydan TV" barədə suallar verirdilər. Bundan əlavə Emin Milli, Günül Mövlud və Elmir Mirzoyev barədə də soruşdular.", - jurnalist Abzas.net-ə açıqlamasında bildirib.
"Elmdən, fəlsəfədən, Sokratdan danışdıq. Suallarına bildiyim qədərilə cavab verdim. Əslində bildiyim elə də çox şey yox idi. Sokrata da ordan gəldik. Bildiyim bir şey var ki, heç nə bilmirəm" - deyə, jurnalist bildirdi.