Jurnalist Aytac Əhmədova Əfqan Muxtarlı və Meydan TV işi üzrə dindirilib

Jurnalist Aytac Əhmədova Əfqan Muxtarlı və Meydan TV işi üzrə dindirilib
5 İyul 2017
Mətni dəyiş

İyulun 4-də jurnalist Aytac Əhmədova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 2 saatdan artıq dindirilib.

Bu haqda Azadlıq Radiosuna danışan jurnalist bildirib ki, dindirmə jurnalist Əfqan Muxtarlı və "Meydan TV" İnternet resursun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olub. O şahid qismində dindirilib.

Jurnalist bilgiləri açıqlamamaq haqda iltizam imzaladığına görə detallı danışmayıb.

Bununla belə, Aytac Əhmədova istintaqın uzanmasından narazılığını ifadə edib.

"İki ildir mənasız yerə istintaq uzanır. Hər dəfə çağırıb eyni sualları verirlər. Bu dəfə daha çox Əfqan Muxtarlı ilə bağlı sualları oldu”, - jurnalist söyləyib.

Bundan əvvəl jurnalistlər Sevinc Vaqifqızı, Xədicə İsmayıl, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri Ə.Muxtarlı və Meydan TV-nin cinayət işləri üzrə şahid qismində dindiriliblər.

Ötən həftə hər iki iş üzrə vəkil Elçin Sadıqov Ə.Muxtarlının işinin "Meydan TV"nin cinayət işi ilə birləşdirildiyini açıqlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun