REAL sədri İlqar Məmmədov həbsxanadan məktub yazıb. Məktubda hökumətin və beynəlxalq təşkilatların onunla bağlı mümkün planlarından bəhs edilir. Məktubu təqdim edirik:
“2013-cü ildə həbs olunduqdan sonra hər il Azərbaycan məmurlarının əsas Avropalı həmkarları nəzakətlə məndən azadlığa çıxmaq müqabilində ölkədən bir dəfəlik köçüb getməyə razı olub olmayacağımı soruşurdular. Mən isə cavabında həmişə deyirdim ki, vətəndaş azadlıqları Avropa Şurası üzvlüyümüzün formal müdafiəsi altında olduğu müddətcə mən bu vasitələri əsas gətirərək onlardan istifadə edəcəyəm. Həqiqətən, Azərbaycan Avropa Şurasına üzv olmasaydı, mən siyasətdə başqa yol seçər və çox güman, azadlıqdan məhrumetmə cəzasından yayına bilərdim.
Beşinci “illik təklifi” rədd etdikdən sonra beynəlxalq təşkilatın nümayəndəsindən xoşagəlməz bir əhvalat eşitdim. Deyilənə görə, Avropa Parlamentinin Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı 15 iyun 2017-ci il tarixində qəbul edəcəyi qətnamədən öncə hökumətyönümlü parlament üzvləri səsverməni gecikdirməyə, ən pis halda isə adımın qətnamədən çıxarılmasına çalışıblar. Bu da Avropa dövlətləri ilə Azərbaycan hakimiyyətinin mənim ölkədən birdəfəlik çıxarılmağımla bağlı razılığa gəldiyindən şübhələnməyimə əsas verir…
Xoşbəxtlikdən, fırıldaq baş tutmadıGörünür, indi düzəlsə də, ictimaiyyətə mart ayında məlumat verdiyim kəskin bel ağrılarım hər iki tərəfə sağlamlıq bəhanəsini uydurmağa kömək etdi. Hətta bundan sonrakı həyatımı davam edəcəyim ölkənin adı da məlum idi…
Xoşbəxtlikdən, fırıldaq baş tutmadı və qətnamə qəbul olundu. Lakin xoşagəlməz hiss hələ də qalmaqdadır. Əgər hansısa Avropa dövləti Avropa dəyərlərini və qanunlarını pozmaq bahasına belə olsa neft, qaz və geosiyasi maraqlarına görə mənim gələcəyimi təyin etməyə çalışırsa, bunu təcili dayandırmalıdır. Əks halda bu əsl qalmaqaldır.
Bu rişxəndə cənab Əliyev də qoşulduBelə olduğu təqdirdə, Avropa Şurasının yerli müxaliflərin sistem tərəfindən digər üzv ölkələrə sürgün olunduğu SSRİ-dən nəyi üstündür?
P.S. 8 İyun Avropa Şurası Nazirlər Komitəsinin mənim işimlə əlaqədar 11-ci rüblük qərarında “müsbət irəliləyiş” olduğu qənaətinə gəlməsi, əslində, mənim ünvanıma səslənən rişxənd idi. Qanun layihəsini (Avropa Şurası Nazirlər Komitəsi sklerozdan əziyyət çəkənlər kimi bu qanunun məni azadlığa çıxaracağına inanır) Parlamentin əlavə sessiyasının son günündə təqdim etməklə bu rişxəndə cənab Əliyev də qoşuldu.
Avropa Şurası Nazirlər Komitəsinin sentyabrdakı İnsan Hüquqları İclasından, 12-ci “xəbərdarlıqdan” sonra Parlament ən tez oktyabr-dekabrda plenar iclas üçün yenidən yığışacaq. Mәn qorxuram ki, hәbs müddәtim başa çatanadәk onlar bir-birini qıdıqlamaqdan öldürәcәklәr”.