7 İyul 2017
Mətni dəyiş
Türkiyə baş nazirinin müavini Toğrul Türkeş Niderland hökuməti tərəfindən “arzu olunmaz şəxs” elan edilib.
Abzas.net xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Toğrul Türkeşin iyulun 15-də dövlət çevirilişinə cəhdin ildönümü ilə bağlı krallıqda yaşayan türklərin təşkil etdiyi tədbirə qatılması planlaşdırılmışdı.
Hollandiya hökuməti bildirib ki, iki dövlət arasında mövcud vəziyyətlə bağlı baş nazirin müavininin ölkəyə səfəri və tədbirdə iştirakı arzuolunmazdır.
Bu birinci belə hadisə deyil. Cari il martın 11-də Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb.