"Həbsxanaya telefon gətirməyin qiyməti 1000 manat idi"

"Həbsxanaya telefon gətirməyin qiyməti 1000 manat idi"
30 İyul 2017
Mətni dəyiş

“Həbsxanaya telefon gətirməyin qiyməti min manat idi. Bunun üçün birbaşa rəisin qəbuluna düşməliydin. Narkotik, spirtli içkilər də buraxılırdı içəri. Məsələn, spirtli içkini həbsxanaya keçirtmək üçün rəisə yüz manat ödəniş etməliydin”.

Abzas.net keçmiş siyasi məhbus Rəsul Mürsəlovla həbsxana təcrübəsindən, həbsxanalarda şəraitin necə pulla yaxşılaşdırılmasından, bütün imtiyazların qiymətlərindən danışıb.

Rəsul Mürsəlov ilk dəfə 2012-ci ildə həbs olunub. O, ölkə sərhədlərini qanunsuz keçməkdə ittiham olunurdu. Rəsul Mürsəlov bundan sonra da bir neçə dəfə həbs olunub. Həbsxana həyatında o 1 saylı və 3 saylı Bakı İstintaq Təcridxanalarında və 2 saylı Gəncə İstintaq Təcridxanasında həbsdə olub. Daha sonra 14 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Müsahibimiz deyir ki, həbsxana elə yerdir ki, qapalı bazardır. Orada bir müddət komfortnu yox, heç olmasa, insan kimi yaşamaq üçün də yaxşı pulun olmalıdır.

“2012-ci ilin avqust, sentyabr, oktyabr aylarında həbsxanada olmuşam. Həmin vaxt qanunla həftədə 1 dəfə evlə danışıq haqqı var idi. Mənə görüş və telefon danışığı yasaq olunduğu üçün, bu sahələrdəki bazar qiymətin dəqiq deyə bilmərəm. Ancaq bildiklərim belədir: peredaça (sovqat) gəlirsə, onu məhbusa ötürmək üçün girişdə 10-15 manat valideyin ödəyir. Sovqat məhkuma gələnə kimi, həbsxana işçiləri yeməklərin bir hissəsin qanunsuz olaraq mənimsəyirlər. Əgər sovqatın yanında valideyin məhkuma pul göndərirsə, hər 50 manatın 10 manatını həbsxana əməkdaşları tuturlar. Əlavə olaraq da, korpus rəisi 5 manat istəyir” – deyə keçmiş siyasi məhbus bildirir.

Rəsul Mürsəlov deyir ki, təcridxanada verilən yemək yeyiləcək kimi deyil. Çörək isə ümumiyyətlə.

Onun sözlərinə görə, həbsxanada verilən çörəklərin içinin xəmiri sulu olur. Hətta çörək o qədər keyfiyyətsiz olur ki, məhbuslar çörəyin için "plastirin" kimi əzib təsbeh düzəldirdilər.

“Məhkuma belə çörək verməklə, bir növ onu məcbur edirlər ki, təcridxana mağazasından çörək alsın. Mağaza da təbii ki, rəisə tabedir və qiyməti o müəyyən edir. Həbsxanadan kənarda 25 qəpiyə satılan çörək türmə mağazasında 1 manat idi".

R.Mürsəlov bildirir ki, əgər qapının gün ərzində açıq qalmasını istəyirsənsə, puluna acımasız olmalısan.

Onun sözlərinə görə, həbsxanada hər şeyin öz qiyməti var.

“Ümumiyyətlə, kameranın qapısını açmağın qiyməti (09:00-dan 21:00-a kimi) 1000 manat. Ventilyator aylıq 60-70 manat. Elektrik peçi aylıq 100 manat. 'Kormuşka'nı açmaq üçün isə, həbsxana işçilərinin cibinə 1 manat 'basmaqla' etmək olurdu” – deyə keçmiş siyasi məhbus bildirir.

Rəsul Mürsəlov deyir ki, həbsxanaya narkotik maddə belə keçirilir.

Onun sözlərinə görə, həbsxanaya telefon gətirməyin qiyməti min manat idi. Bunun üçün birbaşa rəisin qəbuluna düşməliydin. Narkotik, spirtli içkilər də buraxılırdı içəri. Məsəl üçün, spirtli içkini həbsxanaya keçirtmək üçün rəisə yüz manat ödəniş etməliydin.

Həbsxana pulu olmayan məhbuslar üçün necədir?

Rəsul Mürsəlov deyir ki, pulu olmayanlar yayın qızmarında havasızlıqdan əziyyət çəkirdilər. Təsəvvür edin ki, gündüz gəzinti sahəsinin qapısı açıqdır. Kormuşkada açıq olanda külək dövr edir və nisbətən normal hava almaq olur. Pulun yoxdusa bunu edə bilmirsən. Nazor gəlib 1 manat istəyir ki, kormuşkanı açsın, verməsən açmır. Qalırsan havasızlıqda. Pulun yoxdursa, məcbursan, içi sulu xəmir olan çörəyi yeməlisən və.s... Bəs Həbsxanaya nələri keçirtmək qanunla qadağan edilir? Azərbaycan Respublikası qanunvericiliyinə görə, cəzaçəkmə müəssisələrinə və müvəqqəti saxlanma təcridxanalarına bu əşyaları keçirtmək qadağandır:

  1. Odlu və soyuq silahların bütün növləri, döyüş sursatları, partlayıcı maddələr və onların hissələri, xüsusi vasitələr (rezin dəyənəklər, əl qandalları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, gözyaşardıcı qaz və s.), zəhərli (insan həyatı üçün təhlükəli olan) maddələr.
  2. Konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər.
  3. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları.
  4. Güclü təsir edən dərman vasitələri.
  5. Spirtli içkilərin bütün növləri, pivə, spirt qarışığı olan maddələr.

6. Radiodalğaların (elektromaqnit dalğaların) ötürücü-boğucu qurğuları, radioelektron cihazlar və elementlər, dinləmə qurğuları və gizli kameraların detektorları (aşkaredici qurğular) Qadağan olunmuş əşyaları cəzaçəkmə müəssisələrinə və müvəqqəti saxlanma təcridxanalarına keçirtmək və ya keçrilməsinə şərait yaratmaq məsuliyyət yaradır: Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə görə, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi -

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

317-1.2. Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun