2 İyul 2017
Mətni dəyiş
Gürcüstanda Dövlət Proqramı çərçivəsində sosial müdafiəsiz şəxslərə dərmanlar artıq pulsuz olacaq.
Abzas.net xəbər verir ki, 1 iyuldan etibarən Gürcüstanda sosial müdafiəsiz şəxsləri xroniki xəstəliklər əleyhinə dərmanlarla pulsuz şəkildə təmin edəcək dövlət proqramı işinə başlayacaq.
Dərmanları, sosial xidmətlərin məlumatına əsasən reytinq balı 100 000-ə qədər olan bütün Gürcüstan vətəndaşları ala biləcəklər.
Cinsindən və yaşından asılı olmayaraq xroniki urək-damar, ciyər, qalxanvari vəz, ikinci tip şəkər xəstəliklərindən əziyyət çəkən müvafiq statusa malik bütün şəxslər pulsuz preparatları ala biləcəklər.
Vətəndaşlar aptekdən alınan dərmanların ümumi qiymətinin 10 faizin ödəməli olacaqlar. 1 laridən çox və 5 tetridən isə az olmayacaq bu məbləğ simvolik xarakter daşıyacaq.
Dövlət proqramına ümumilikdə 23 adda preparat daxil olunub. Onlardan 12-nü vətəndaşlar artıq 1 iyul tarixindən etibarən əldə edə biləcəklər. Qalanları isə iyulun sonundan etibarən istifadəyə veriləcək.
Aptekdən preparatları pulsuz əldə etmək üçün vətəndaşlar onlarda xroniki xəstəlik olduğunu sübüt edən forma-100-ü onlara verəcək ailə həkimin yanına getməlidirlər.
Ailə həkimi həmçinin dərmanın dozasını və gündə neçə dəfə qəbul edilməli olduğunu qeyd etməli və resepti xəstəyə verməlidir. Forma-100-ü əldə edən vətəndaşlar resept və şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə sosial xidmət ən yaxınlıqdakı agentliyinə mürəciət etməlidirlər.
Orada xüsusi qeydiyyatdan keçdikdən sonra RSP apteklərinin istənilən fillialına yaxınlaşıb dərmanları pulsuz əldə edə bilərlər. Onlar bir dəfəyə özlərinə 3 ay müddətinə bəs edəcək qədər preparat götürə bilərlər.