Prezident İlham Əliyev Akif Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, general-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Dövlət başçısı A. Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Akif Şəfiyev Dövlət Sərhəd Xidmətində qulluq edirdi.