Fuad Qəhrəmanlının və daha iki nəfərin karsa salındığı bildirilir

Fuad Qəhrəmanlının və daha iki nəfərin karsa salındığı bildirilir
23 İyul 2017
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdəki müavinlərindən Fuad Qəhrəmanlının və Nardaran işi üzrə məhkum edilən daha iki nəfərin "kars"a salındığı bildirilir. Bu haqda onların yaxınları Turan-a xəbər veriblər.

Məlumata görə, Fuad Qəhrəmanlı ilə bərabər Nardaran sakinləri Abbas Hüseynov və Əli Nuriyev də Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında "kars"a salınıb.

Bundan əvvəl iyulun 20-də adıçəkilən şəxslərlərlə eyni iş üzrə mühakimə edilən Müsəlman Birlioyi Hərəkatının sədri Taleh Bağırzadənin təcridxanada karsa salındığı bildirilirdi.

Fuad Qəhrəmanlı, Abbas Hüseynov və Əli Nuriyev isə iyulun 20-dən karsa salınıb. Cəzanın müddəti barədə məlumat verilmir.

İyulun 20-si Bakı Apellyasiya Məhkəməsində adıçəkilən şəxslərin işi üzrə məhkəmə prosesi keçirilib. Vəkillərdən sonra, təqsirləndirilən şəxslərin özləri də çıxış etmək istəyiblər. Ancaq onlardan çoxu bu istəklərini gerçəkləşdirə bilməyiblər.

Təqsirləndirilən şəxslərdən yalnız Aqil İsmayılov və Cahad Babakişizadə çıxış edərək, hökumətin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onların sözünü hakimin kəsməsi digər təqsirləndirilənlərin etirazına səbəb olub.

Hakim təqsirləndirilən şəxslərə çıxış üçün imkan yaratmayıb, çıxış üçün prokurora söz verib. Bu, təqsirləndirilən şəxsləri hiddətləndirib. Onlar Əmir Bayramovun sədrlik etdiyi kollegiyaya etiraz ediblər. Öz ayaqqabı və əllərindəki su qablarını hakimlərə atıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun