Fransanın baş qərargah rəisi Macron-la fikir ayrılığına görə istefa verib

Fransanın baş qərargah rəisi Macron-la fikir ayrılığına görə istefa verib
19 İyul 2017
Mətni dəyiş

Fransa ordusunun baş qərargah rəisi general Pierre de Villiers tutduğu vəzifədən istefa verib.

Abzas.net xəbər verir ki, Fransanın baş qərargah rəisi general Pierre de Villiers prezident Emmanuel Macron-la dərin fikir ayrılığına görə tutduğu vəzifədən istefa verib.

Bu barədə AFP məlumat verib. Generalın istefa ərizəsinin bir nüsxəsi agentliyin əlinə keçib.

"Bugün və sabah Fransanın və fransızların təhlükəsizliyini təmin edəcək kimi təqdim olunan ordunu dəstəkləməyə daha taqətim qalmayıb", - deyə general ərizəsində qeyd edib.

Məlumata görə, Makron artıq istefa ərizəsini qəbul edib.

Xatırlatma

Macron və de Villiers arasında münaqişə son həftələrdə, dövlətin müdafiə xərclərini qəfil azaltmasına dair qərarının fonunda daha da kəskinləşmişdi. De Villiers hökümətin bu niyyətini kəskin şəkildə tənqid etmişdi.

Buna cavab olaraq Macron ötən həftə ölkənin Milli bayramına həsr olunmuş yığıncaq zamanı hərbçilər qarşısında çıxış edərək ictimayyət qarşısında generalı subordinasiyaya əməl etməyə çağırmışdı.

Pierre de Villiers 1975-ci ildən hərbi xidmətdə olub. 2014-cü ildə Fransanın baş qərargah rəisi vəzifəsinə təyin edilib. Onun rəhbərliyi altında xüsusən Fransa ordusunun Malidə, qonşu ölkələrdə, Mərkəzi Afrika Respublikasında, Suriyada və İraqda keçirdiyi əməliyyatlar koordinasiya olunurdu.

General Pierre de Villiers-in səlahiyyət müddəti 2018-ci ilin iyulunda bitəcəkdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun