3 İyul 2017
Mətni dəyiş
Fransanın cənub-şərqində yerləşən Avinyon şəhərində baş verən silahlı insident nəticəsində 8 nəfər yaralanıb.
"TASS"-ın məlumatına görə, bu barədə “La Provence” qəzeti yazıb.
Bildirilir ki, iki maskalı şəxs avtomobillə məscidə yaxınlaşaraq oradan çıxan insanlara atəş açıb. İnsident nəticəsində 8 nəfər yaralanıb. Onların vəziyyətləri barədə məlumat verilmir.
Hadisə yerinə polis qüvvələri cəlb edilib. Cinayəti törədənlərin yaxalanması istiqamətində zəruri tədbirlər görülür.
Hadisənin mübahisə zəminində baş verdiyi, terrorla əlaqəli olmadığı ehtimal olunur.