FED ilin sonunadək uçot dərəcəsini bir dəfə də artıra bilər

FED ilin sonunadək uçot dərəcəsini bir dəfə də artıra bilər
11 İyul 2017
Mətni dəyiş
ABŞ-ın San-Fransisko ştatının Federal Ehtiyat Bankının prezidenti Con Uilyams ilin sonunadək Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) tərəfindən uçot dərəcəsinin daha bir dəfə artırılacağına ümid edir. "Reuters" agentliyinin məlumatına görə, C. Uilyamsın fikrincə, ABŞ-da inflyasiya ilə bağlı açıqlanan zəif göstəricilər müvəqqətidir və il ərzində inflyasiya hədəflənən 2% səviyyəsinə çatacaq. "Uçot dərəcəsinin artırılması və balans həcminin azaldılması bir-birini tamamlayan və atılması zəruri olan addımlardır", - deyə FED rəsmisi qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun