İyunun 6-da Səbayel rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə F. Əmirlinin vəkili F. Mehdiyev məhkəməyə gəlməyən şahidlərin ifadəsinin elan olunması ilə bağlı prokurorun ötən iclasda verdiyi vəsatətə etiraz edib. Vəkil bütün şahidlərin məcburi qaydada məhkəmədə dindirilməsini istəyib.
Hakim A. Əliyeva vəkilinin etirazını nəzərə alaraq, prokurorun vəsatətini rədd edib.
Sonra şahid Rəna Əfəndiyeva dindirilib. O, sənəd itkisi ilə bağlı “Azadlıq” qəzetinə elan verdiyini deyib: “Bu elana görə isə 2 manat pul ödəmişəm. Faiq Əmirlini tanımıram”.
Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.