ABŞ-ın 'ExxonMobil' və 'Chevron' korporasiyaları Rusiyaya qarşı sanksiyalara etiraz edir.
Bu barədə Abzas.net 'The Wall Street Journal' dərgisinə istinadən xəbər verir.
Korporasiyalar Rusiyaya qarşı olan sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun lahiyəsinə etiraz edərək bildiriblər ki, bu addım rus şirkətlərinin iştirak etdiyi neft-qaz lahiyələrinin dayanmasına gətirib çıxardacaq.
'ExxonMobil', 'Chevron' və bəzi digər korporasiyalar sanksiya tətbiq olunmuş rus şirkətləri və vətəndaşları ilə əməkdaşlıq etməyi qadağan edən sənədin tərtibatından narahatdırlar. Jurnal bildirib ki, belə böyük neft-qaz şirkətlərinin buna qarşı çıxmağı qanun lahiyəsinin Konqresdə qəbulunu çətinə sala bilər.
ABŞ Rusiyaya qarşı sanksiyaları ağırlaşdırmağa hazırlaşır'ExxonMobil'in təmsilçisi Alan Ceffers qəzetə bildirib ki, korporasiyanın Rusiyaya tətbiq olunan sanksiya barəsində hər hansı konkret mövqeyi yoxdur. Lakin şirkət Konqress üzvlərinə onları bilgiləndirəcək məlumat təqdim edib və orada qanun lahiyəsininin amerikan şirkətlərini digər, qeyri-amerikan şirkətlərlə müqayisədə necə arzuolunmaz vəziyyətdə qoyacağı aydın şəkildə göstərilib.
"Lahiyənin qəbulu bir çox şirkət və sahələrdə fəsadlar yaradacaq" - qəzet Amerika neft institutunun rəhbəri Cek Cerarddan sitat gətirib. "Bu potensial olaraq ABŞ-ın maraqlarına zərbə vurub üstünlüyü Rusiyaya verə bilər" - o, lahiyənin qəbulunun mümkünlüyündən danışarkən bildirib.
Gələcəkdə sanksiyalar Rusiyanın dövlət borcuna da tətbiq oluna bilərABŞ-ın siyasi proseslərinə müdaxiləsinə görə təklif olunan və Amerika Konqressində müzakirə olunan Rusiyaya qarşı yeni sərt sanksiya paketi daha öncə Senat tərəfindən təsdiq edilib. Yaxın zamanda lahiyə Nümayəndələr Palatasında müzakirəyə çıxarılacağı gözlənilir.
Sənədin qəbul olunacağı və sanksiyaların genişlənəcəyi təqdirdə, rus bankları amerikan şirkətlərindən və fiziki şəxslərindən 14 gündən artıq müddətdə maliyyə ala bilməyəcəklər. Bununla bərabər rus neft-qaz şirkətlərinin maliyyələşmə müddəti 30 günə qədər qısalacaq. Qanun lahiyəsində qeyd olunur ki, gələcəkdə sanksiyalar Rusiyanın dövlət borcuna da tətbiq oluna bilər.