ABŞ Maliyyə Nazirliyi Exxon Mobil şirkətini 2014-cü ildə Rusiya üzərinə qoyulmuş sanksiyaları pozmaqda ittiham edib.
Nazirliyin bəyanatında deyilir ki, şirkət sanksiyalar haqqında qanunu by qanun qəbul edildikdən bir həftə sonra pozub.
Exxon Mobil şirkəti sözü gedən qanunu pozarkən indiki dövlət katibi Rex Tillerson həmin şirkətin icraçı direktoru idi.
O bu qanunu “kökündəm ədalətsiz” adlandırmış və ona qarşı məhkəmə iddiası qaldırmışdı.
ABŞ prezidenti Barack Obama tərəfindən qoyulmuş bu sanksiyalar başqa Rusiya rəsmiləri ilə yanaşı Rosneftin rəhbəri İqor Seçini də hədəfləyirdi.
Nazirliyin açıqlamasında deyilir ki, Exxon “ABŞ-ın sanksiya tələblərinə məsuliyyətsiz ehtiramsızlıq” nümayiş etdirib.
Buna baxmayaraq keçən il ümumi gəliri 7, 8 milyrard dollar olan şirkətin 2 milyon dollar cərimə edilməsi simvolik addım kimi qiymətləndirilir.
Moskvada Rosneft şirkətinin sözçüsü Mixail Leontyev 2014-cü ildə baş vermiş bu hadisənin niyə məhz indi gündəmə gətirildiyini sual edib.
Rusiyaya qarşı sanksiyalar mövzusu xüsusən də Donald Trump prezident seçiləndən sonra həssas məsələyə çevrilib.
ABŞ Senatı bu yaxınlarda Rusiya üzərində olan sanksiyaları möhkəmləndirib.
Senatda qəbul edilmiş qanun prezident Trump-ın Rusiya üzərindəki saknksiyaları birtərəfli qaydada qaldırmasını mümkünsüz edir.