İyulun 21-də prezident İlham Əliyev jurnalistlərin sosial təminatının yaxşılaşdırılması məqsədi ilə 255 jurnalistə ev təqdim etdi. Ev verilən şəxslərin siyahısı mətbuata çıxandan sonra məsələ ilə bağlı narazılıqlar yaranmağa başladı.
İlk olaraq siyahıya adlarının düşmədiyindən şikayətlənən bir neçə jurnalist prezidentə açıq müraciətlər yazmağa başladılar. Onlar gileylənirdilər ki, sosial vəziyyətləri yaxşı deyil, evsizdirlər, övladları kirayədə böyüyür, ev verilənlər şəxslərin müəyyənləşdirilməsinə ədalətsizliklər olub və s..
Bundan sonra mətbuatda başqa iddialar çıxmağa dərc olunmağa başladı. Müsabiqənin əvvəldən elan olunmuş prinsiplər çərçivəsində edilmədiyi bildirildi. Evlərin verilməsinin əsas prioriteti jurnalistika sahəsində ən azı 10 təcrübəsi olan və şəxsi mülkü, evi olmayan jurnalistlər olmalıdır.
Amma yayımlanan məlumatlarda bir qrup şəxsin ümumiyyətlə jurnalist olmadığı, katibə, sürücü, texniki işçi olduğu, böyük bir qrupun ikinci, üçüncü, yaxud dördüncü evini əldə etdiyi, bəzilərinin 10 ildən daha az jurnalistika ilə məşğul olduğu iddia edilir.
Ev verilənlərin bir hissəsinin isə Prezident Administrasiyasında, nazirliklərdə, Milli Məclisdə çalışdıqları, yəni məmur olduqları, jurnalistika fəaliyyəti ilə məşğul olmadıqları məlumdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli mətbuata açıqlamasında bildirmişdi ki, yaradıcılıq prosesində iştirak etməyən, KİV-lərdə çalışan katibə, kargüzar, sürücü, xadimələr və digər texniki işçilər jurnalistlər üçün tikilən binalardan ev əldə edə bilməzlər.
24saat.org saytının araşdırmasına görə, Vüqar Səfərlinin dediklərinin əksinə olaraq ən azı 15 nəfər texniki işçiyə jurnalist adı ilə mənzil verilib.
Jurnalist olmayıb ev alanların siyahısını təqdim edirik.
1. Tağıyeva İradə Abutalıb qızı (AZƏRTAC - Mühəndis-proqramlaşdırıcı)
2. Bağırov Mamed Abbas oğlu (“Səs” İnformasiya Agentliyi - Texniki işçi)
3. Yusifzadə Rasim Elxan oğlu (AR Prezidentinin Mətbuat Xidməti)
4. Yaqubova Təhminə Davud qızı (KİVDF - Vüqar Səfərlinin katibəsi)
5. Rüstəmov Əvəz Cahangir oğlu (Mətbuat Şurası - 4 vəzifəsi var)
6. Nəsirov Akif Təvəkkül oğlu (Milli Məclisin Mətbuat Xidməti)
7. Miraləm Elşad Mircavad oğlu (Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat Xidməti - bir neçə evi var)
8. Məmmədova Səmayə Tofiq qızı (Gənclər və İdman Nazirliyi Mətbuat xidməti - evi var)
9. Məhərrəmova Günay Novruz qızı (Prezidentin Mətbuat Xidməti)
10. İbrahimova İradə Tahir qızı (Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat Xidməti)
11. Həsənov Bəhruz İmran oğlu (PA İctimai-siyasi şöbə - Əli Həsənovun işçisi)
12. Fərzəliyev Zülfüqar İslam oğlu (Milli Elmlər Akademiyası İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşması idarəsi)
13. Əliyev Yusif Lətif oğlu (“Haqqin.az” saytı - sürücü)
14. Eminbəyli Şakir Vəfa oğlu (“Rossiya – 24” telekanalının Azərbaycandakı nümayəndəsi)
15. Cəfərova Səriyyə Müslüm qızı (Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyi)
16. Ağalarov Əfsələddin (Azxeber.com - 1991-ci il olduğuna görə 10 illik iş stajının olması mümkün deyil)Almaniyada yaşayan bloqqer Həbib Müntəzir isə evi olub, amma bu müsabiqəyə müraciət edən və dövlət komissiyasından naməlum şəkildə ev alanların siyahısını təqdim edib.
"Bu qədər həngamə, sabunluqdan sonra qərara gəldim ki, kiçik bir siyahı hazırlayım. Bu hökümətin növbəti saxtakatlığını sizlərlə paylaşım".
Həbib Müntəzir bildirib ki, hökümətin medianı ələ alma prosesində, evi qohumunun adına keçirib ev alan kim, tez-bazar arvadından boşanıb alan kim, katibəsinə, sürücüsünə, texniki işçisinə alan kim, evi ola-ola ikincisin, üçüncüsün alan kim, biləcəksiniz:
"Evcik-evcik oyununuz mübarək""Əminəm ki, siyahıda daha çox adamın evi var, sadəcə mən ortaya çıxarıqlarımı yazdım. Siyahını Əflatun Amaşovdan tələsik aldım deyə belə alındı. Bu da sizə bayram hədiyyəsi olsun, evcik-evcik oyununuz mübarək":
1. Abbasquliyeva Fatma Asəf qızı ("Olaylar” İnformasiya Agentliyi – “İstanbul evləri”ndə evi var)
2. Seyidova Sevinc Mirsucəddin qızı ("Həftə içi” qəzeti – villası və bina evi var)
3. Zeynalov Qulu Ağses oğlu, Quliyeva Laura Bağdasər (Keçmiş Karl Marks heykəlinin yaxınlığında evi var)
4. Yusifzadə Anar Yusif oğlu (İctimai Televiziya və Radio Yayımları Şirkəti – Qara Qarayev metrosunun yaxınlığında 3 otağı, Beynəlxalq Avtovağzal Kompleksində mağazası var. 28 may metrostansiyası yaxınlığında da bir evi var. Seçki ərəfəsində İTV-nin keçmiş sədri İsmayıl Ömərov tərəfindən Şıxov ərazisində 6 sot torpaq hədiyyə alıb).
5. Salahov Elxan İsa oğlu "İki sahil” qəzeti (Məcburi köçkün kimi Masazır qəsəbəsində evlə təmin edilib)
6. Ağamirova Mətanət Mirsadiq qızı ("Lider TV və Radio Azərbaycan” MMC – bir neçə evi var)
7. Alışarlı Səfər Xəlil oğlu (QHT-lərə Dövlət Dəstəyi Şurası, "Vətəndaş cəmiyyəti” jurnalı – evi və torpaq sahəsi var)
8. Canbaxışlı Nahid Baxşəli oğlu (Veteninfo.az saytı – evi var, sosial şəbəkələrdə yayılan məlumatlara görə, yeni ev almaq üçün həyat yoldaşından ayrılıb)
9. Cabbarov Akif İsmayıl oğlu (İctimai Televiziya və Radio Yayımları Şirkəti – evləri var)
10. Dərziyevə Elnarə Bəxtiyar qızı ("Lider TV və Radio Azərbaycan” MMC – bir neçə il öncə ipoteka ilə ev alıb)
11. Eminbəyli Şakir Vəfa oğlu (Rusiyanın "Rossiya - 24” telekanalının Azərbaycandakı nümayəndəsi – evi var)
12. Əbilov Aydın Əhməd oğlu ("Ədəbiyyat" qəzeti – evi var)
13. Əliyev Namiq Həsən oğlu ("Palitra" qəzeti – evi var)
14. Əliyev Yusif Lətif oğlu ("Haqqin.az" saytı – evi var)
15. Əliyeva Şəmsiyyə Fərhad qızı ("Azərbaycan Televiziya və Radio Verilişləri” QSC – evi var)
16. Əliyeva Telli Pənah qızı (Veteran jurnalist – şəxsi mənzili var, Heydər Əliyev tərəfindən bağışlanıb).
17. Əsgərov İxtiyar Kamal oğlu ("Azəri-Press” İA (APA) – evi var)
18. Fərəcov Aqil Ələsgər oğlu ("Yeni çağ” saytı – evi var)
19. Fətullayev Eynulla Emin oğlu ("Haqqin.az” – Sovetskidə evi var)
20. Hacıyev Hikmət Fərhad oğlu (Xarici İşlər Nazirliyi Mətbuat Xidməti – evi var)
21. Hacıyeva Gülşən Qasım qızı (APA – Sulutəpə ərazisində evi var)
22. Heydərov Hafiz Qurban oğlu (APA – Zabratda evi var)
23. Heydərov Nurəddin Əhməd oğlu ("Azərbaycan müəllimi” qəzeti - Əhmədova Aynurə Akif qızı Müstəqil jurnalist – evi var)
24. Həziquluyev Əli Səvindik oğlu (Elci.az saytı – evi var)
25. Həziyev Bahəddin Musa oğlu ("Bizim yol” qəzeti – Xətai rayonu, M.HADİ KÜÇƏSİ, ev 64, 67)
26. Xəlilov Azər Nəriman oğlu (CBC TV – evi var)
27. Xəlilov İlkin Fikrət oğlu ("Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası – Yasamalda evi var. ATV-nin keçmiş rəhbəri Tağı İbrahimov tərəfindən hədiyyə edilib)
28. Kazımlı Xalid Asif oğlu ("Yeni Müsavat” qəzeti – Müşfiqabadda evi var)
29. Quliyev Nurşən Ağacan oğlu (APA – Ramanada evi var, üstəlik restoranı da var)
30. Quluyev İlham Abasqulu oğlu ("Kaspi” qəzeti – evi var)
31. Quluyeva Zülfiyyə Telman qızı ("Mövqe” qəzeti – evi var)
32 . Məhəmmədov Kənan Tofiq oğlu (AR Prezidentinin Mətbuat Xidməti - Məhərrəmova Günay Novruz qızı Müstəqil jurnalist – evi var)
33. Məmmədov Elnur Xanmurad oğlu (Məmmədova Nigar İbadağa qızı "Qafqazinfo.az” saytı – Nərimanovda ipateka ilə evi var, Məhəmmədi kəndində 2 mərtəbəli evi var)
34. Məmmədov Fərhad Həsən oğlu ("Virtualaz.org” saytı – Ramanada evi var)
35. Əlibəyli Bəsti Tağı qızı ("Azərbaycan” jurnalı - Xırdalanda evi var)
36. Miraləm Elşad Mircavad oğlu (Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat xidməti – evi var)
37. Nəsirov Akif Təvəkkül oğlu (Milli Məclisin Mətbuat Xidməti – evləri var)
38. Paşa Elşad Əlhüseyn oğlu ("Yeni Müsavat” qəzeti – İpoteka ilə aldığı Qaraçuxurdakı evi qardaşının adına keçirib)
39. Rüstəmov Elçin Məsim oğlu ("Bizim yol” qəzeti – 2009-cu ildə ipoteka ilə ev alıb)
40. Rüstəmov Əvəz Cahangir oğlu (Mətbuat Şurası – evi var)
41. Becanov Rəfail Zəkəriyyə oğlu (Cəbhə.info saytı, "Cümhuriyyət” qəzeti - evi də var, bağı da var)
42. Salmanov Hüquq Yaqub oğlu ("Kaspiy” qəzeti – evi var)
43. Vəliyev Əliəsgər Vəli oğlu (İctimai Televiziya və Radio Yayımları Şirkəti)
44. Qurbanəliyev Azər Rəşid oğlu (Müstəqil jurnalist – evi var)
45. Məmmədova Mehriban İbiş qızı ("Azərbaycan Televiziya və Radio Verilişləri” QSC - Köçkündür, Cocuq Mərcanlıda ev tikilir ona. Subaydır. Valideynləri ilə qalır. 4 yerdə atasının, 1-də özünün evi var)
46. Fərzullalı Zahid Səfər oğlu ("Yeni Müsavat” qəzeti - evi var, ikinci xanımına alır)
47. Məmmədova Səmayə Tofiq qızı (Gənclər və İdman Nazirliyi Mətbuat xidməti - evi var)
48. Gülməmmədov Məmməd Bəhruz oğlu (Olke.az saytı - Mikrarayonda evi var)
49. Mehdiyev Qafar Qələndər oğlu (Müstəqil jurnalist - Yasamalda, Sevil kinoteatrının yanında evi var)
50. Yolçuyev Əkbər Mehdi oğlu (Atatürk Mərkəzi, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi - Binəqədi rayonu, BAKI FƏHLƏSİ KÜÇ. F\EV, ev 85)
51. Həsənov Nəcəf İsmayıl oğlu ("Xəzər TV” MMC - Xətai rayonu, NOBEL PROSPEKTİ, ev 145)
52. Əsgərov Mübariz Ağali oğlu ("Qulp studio” MMC - Biləcəridə bir evi, Novxanıda 2 villası var)