"Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi “Neftçi İdman Klubu” haqqında mətbuata yalan açıqlama verib".
Bu sözləri Neftçi İdman Klubunun ictimaiyyətlə əlaqələr departamentinin keçmişrəhbəri, indi isə Cüdo Federasiyasının mətbuat katibi işləyən Elnur Əşrəfoğlu bildirib.
Abzas.net xəbər verir ki, Elnur Əşrəfoğlu Rəsul Çunayevi yalançılıq və naşükürlükdə ittiham edib:
"Guya ki, ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay “Neftçi”dən 2 min manat əmək haqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb".
Əşrəfoğlu idmançını itiham edib ki, Neftçi İdman Klubunda öz xahişi iləı ayrılıb, sonra da mətbuata çıxıb klubu haqqında yalan məlumat verib.
"Bu gün (red-dünən) isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma “Neftçi İdman Klubu” “cocuq” vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!".
Xatırlatma
Güləş milli komandasının idmançıları bir neçə gün əvvəl federasiyanın qarşısında toplaşaraq maaşlarının verilməməsinə, şəraitlərinin pis olmasına görə etiraz ediblər. Bildiriblər ki, vəziyyətləri pis olduğundan çempionatlara hazırlaşa bilmirlər.
Etirazçılar içində məhşur idmançılar da vardı. Dünya çempionu, Avropa çempionu, Olimpia çempionu və digərləri.