Ekvador OPEC+ sazişindən imtina edərək hasilatı artırıb

Ekvador OPEC+ sazişindən imtina edərək hasilatı artırıb
18 İyul 2017
Mətni dəyiş

OPEC və təşkilata daxil olmayan ölkələrin 2016-cı il noyabrın 30-da Vyanada imzaladığı və bu il mayın 24-də daha müddəti 9 ay uzadılan hasilatın azaldılmasına dair sazişdən ilk imtina edən ölkə Ekvador olub. 

"Forexpf.ru" saytının məlumatına görə, neft bazarı sazişdən imtina edən ölkənin maliyyə böhranı ilə üzləşən Venesuela olacağını düşünürdü. Lakin dünən Ekvadorun energetika naziri Karlos Perez (Carlos Perez) bildirib ki, onun ölkəsi çətin maliyyə vəziyyətilə üzləşib. Belə ki, Ekvadorda dövlət borcunun ÜDM-ə nisbəti 50%-i ötüb, büdcə kəsiri isə 7,5%-ə yüksəlib. Bu səbəbdən Ekvador artiq OPEC+ anlaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyə əməl etməyəcək.

Ekvador OPEC+ anlaşmasında hasilatı 26 min barel/gün azaldaraq 522 min barel/günə endirməyi öhdəlik kimi qəbul edib. Yanvar-may aylarında isə hasilatı cəmi 16 min barel/gün azaldıb. Son 1,5 ayda Ekvador hasilatı artırıb. K.Perez qeyd edib ki, hazırda "PetroAmazonas" dövlət neft şirkəti 430 min barel/gun, xarici şirkətlər isə 115 min barel/gün, yəni cəmi ölkə 545 min barel/gün neft hasil edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun