Dövlət Dumasının Komitəsi Rusiyanın Azərbaycandakı yeni səfirinin namizədliyini dəstəkləyib

Dövlət Dumasının Komitəsi Rusiyanın Azərbaycandakı yeni səfirinin namizədliyini dəstəkləyib
5 İyul 2017
Mətni dəyiş
Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya İnteqrasiya və Həmvətənlərlə İş üzrə Komitəsi Georgi Zuyevin Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini dəstəkləyib. "İnterfaks"-ın məlumatına görə, komitənin iclasında həmçinin Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin iştirak edib. Qeyd edək ki, G.Zuyev hazırda Rusiya Xarici İşlər Nazirliyində kadrlar departamentinin direktor müavini vəzifəsində çalışır. G.Zuyev təyin olunacağı halda bu postda Rusiyanın Bakıdakı diplomatik missiyasına 2009-cu ildən rəhbərlik edən Vladimir Doroxini əvəz edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun