“Dövlət büdcəsindən 16 milyard manat yayındırılıb” - Qubad İbadoğlu

“Dövlət büdcəsindən 16 milyard manat yayındırılıb” - Qubad İbadoğlu
7 İyul 2017
Mətni dəyiş

"Azərbaycan Dövlət Neft Fondunun 2016-cı il ərzində əldə etdiyi gəlir ötən il Azərbaycanda korrupsiyaya və gizli iqtisadiyyata görə dövlət büdcəsindən yayındırılan vəsaitin 58 faizini təşkil edib".

Abzas.net xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Ekspert deyir ki, gizli iqtisadiyyat üzrə “dünya çempionatı” Azərbaycanın lider olduğunu göstərir.

"2016-cı ildə gizli iqtisadiyyatın həcmi istehsal olunmuş ÜDM-in 67 faizini təşkil edib. 2016-cı ildə ÜDM real ifadədə 3.8% azalmış və cari qiymətlərlə 60 milyard manat olmuşdur. Belə olanda da ötən il gizli iqtisadiyyatın həcmi 40 milyard 200 milyon manat (60 milyard AZN x 67 %) olub", - deyə Q.İbadoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə göstərilir ki, cəmi vergi ödənişləri dərəcəsi Azərbaycanda 39,8 faiz təşkil edir:

[caption id="attachment_39913" align="aligncenter" width="1280"] Qubad İbadoğlu[/caption]

"Deməli, ötən il dövlət büdcəsindən ildə 16 milyard (40,2 milyard AZN x 39,8 %), ayda 1,33 milyard, gündə 44,4 milyon manat vəsait yayındırılıb. Dövlət Neft Fondunun 2016-cı il ərzində əldə etdiyi gəlirlər ötən il Azərbaycanda korrupsiyaya və gizli iqtisadiyyata görə dövlət büdcəsindən yayındırılan vəsaitin 58 faizini təşkil edib".

İqtisadçı deyir ki, gizli iqtisadiyyat tam leqallaşdırılsaydı və qeyri-formal dövriyyədən bütün vergilər tutulsaydı, onda hazırkı büdcənin gəlirlərini 2 dəfədən çox artırmaq olardı. Nəzərə almaq lazımdır ki, gizli iqtisadiyyatın leqallaşdırılmasından qazanan yalnız büdcə deyil, həm də pensiya fondu olur. Bu halda da sosial ödəmələrin artması hesabına pensiyaların orta məbləğini 2 dəfəyədək artırmaq olardı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun